Bakının görünüşü

Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar

1322
(Yenilənib 19:12 16.11.2017)
Otuz min manatı olan bir azərbaycanlı İstanbulun mərkəzində yenitikili mənzil ala bilirdi

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Avropa və Asiya qitələrini bir-birinə bağlayan, üç tərəfi dənizlə əhatəli, möhtəşəm təbiətə sahib Türkiyə Respublikası getdikcə dünyanın ən cazib mərkəzinə çevrilir. Turist axını ilə yanaşı, bu ölkəyə köçmək, buradan ev almaq istəyənlərin sayı hər keçən gün daha da artır.

Həmçinin də bizim ölkədən. Son 10 ildə Azərbaycandan Türkiyəyə birdəfəlik köçənlərin sayı qeyri-rəsmi məlumatlara görə 100 mini keçib.

Qardaş respublikaya üz tutanlar, orada şəxsi mənzilə sahib olmağın asanlığından razılıq edirlər. Belə ki, Türkiyədə mənzillərin qiymətləri bizdəkindən xeyli ucuzdur.

Bu, ən azı 2015-ci ilin fevralına qədər, yəni Azərbaycanda ilk devalvasiya olan tarixə qədər belə idi. İnsanımız əlindəki manatı, dəyəri bizim puldan 3 qat aşağı olan türk lirəsinə çevirərək Türkiyədən geniş və ucuz qiymətə təmirli mənzillər ala bilirdi.

Məsələn 2015-ci ilin əvvəlinə qədər, əlində 30 min manatı olan bir azərbaycanlı İstanbulda, şəhərin içindən 110 kvmetr sahəsi olan, təmirli, yenitikili mənzil ala bilərdi. Təsəvvür edin ki, həmin pula o dövrdə nəinki Bakı şəhərində, hətta Sumqayıtda belə, 50 kvadrat metrlik, təmirli mənzil almaq mümkün deyildi. İndi də həmçinin.

Ölkəmizdə ard-arda yaşanan devalvasiyalar manatla türk lirəsi arasında 3 qat uçurumu 1 pillə geriyə, 2 qata saldı. Hazırda yuxarıda misal olaraq verdiyimiz 110 kvmetrlik təmirli mənzili İstanbulda 30 minə yox, 60 min manata almaq olar.

Mövcud vəziyyətin özü belə, Türkiyədə mənzillərin qiymətinin Bakıdan xeylu ucuz olduğunu göstərir. Əlbəttə, yerləşdiyi bölgəyə və kvadratına görə ev qiymətlərində fərqliliklər var.

Lakin nəzərə alsaq ki, İstanbul dünyanın mərkəzi, üstəlik meqapolisdir, o zaman asanlıqla anlamaq olar ki, Bakıdakı mənzil qiymətləri reallığa uyğun deyil, üstəlik şişirdilmədir. Çünki paytaxtımızda 60 min manat dəyərində 100 kvadrat metr ölçüdə, təmirli mənzil almaq mümkün deyil. Hətta o ölçüdə Sumqayıtda, Gəncədə belə, təmirli mənzil almaq müşkül məsələdir.

Türkiyədən gəlib Bakıda ev almaq
© Karikatura
Türkiyədən gəlib Bakıda ev almaq

Villalar və həyət evlərində isə vəziyyət bizdə Türkiyədəkindən daha əlverişlidir. Çünki qonşu ölkədə bu tip evlər olduqca bahadır. Bahalıq daha çox İstanbul, İzmir və Ankara şəhərlərindədir. Antalyada isə villalar çox ucuzdur, Bakıdakından qat-qat ucuz.

Məsələn, Antalya, Bodrum, Kuşadası və s. kurort zonalarda 200 kv metr təmirli, iki mərtəbəli vilanı 100 min manata almaq mümkündür. Azərbaycanın paytaxtı Bakıda isə 100 min manata ancaq Türkan, Fatmayı, Gorədil və s. oxşar ərazilərdə həyət evi tapa bilərsiniz…

1322
Teqlər:
ucuz, baha, təmir, yeni tikili, bina, mənzil, Türkiyə, Azərbaycan, ev, manat, qiymət
Əlaqədar
Bu peşə sahiblərinə də pulsuz mənzillər verildi
Mənzil sahibləri üçün yenilik: pulu belə ödəyəcəklər
Dövlət zəmanət verir ki, hər ailəyə təmirli, "Çıxarış"lı mənzil veriləcək
Ekspert: “Mənzil bazarında qiymət artımı üçün hər hansı səbəb yoxdur”
Bakıda mənzildə kişi meyiti aşkarlandı
Ermənistan SQ-nin atəşi nəticəsində dağılan ev, arxiv şəkli

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

43
(Yenilənib 23:12 27.09.2020)
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik" - Azərbaycan XİN

BAKI, 27 sentyabr - Sputnik. Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".

43
Teqlər:
açıqlama, Azərbaycan XİN, ölənlər və yaralılar, ölənlər, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

51
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

51
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres

BMT baş katibi narahat oldu - Qarabağa görə

0
Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

BAKI, 27 sentyabr - Sputnik. BMT Baş katibi Antoniu Quttereş Azərbaycan və Ermənistana çağırış edərək hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatdır. O, güc tətbiqini qınayır və mülki əhali arasında itkilərə görə təəssüfünü bildirir", - məlumatda deyilir.

Antoniu Quttereş hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

0
Teqlər:
BMT, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı