narkotik həb

Çindən ölkəmizə hər şey gəlmişdi, narkotik gətirdilər...

34
(Yenilənib 17:53 15.11.2017)
Gömrük nəzarəti zamanı, maşında ümumi miqdarı 0,0275 qram təşkil edən "Metadone" adlı dərman preparatı və xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub

BAKI, 15 noyabr — Sputnik. Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycan Respublikasına yük gətirən İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, gömrük nəzarəti zamanı, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb. Nəticədə, kabinədə, sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə — tiryək aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

34
Teqlər:
Metadone, kinoloji xidmət iti, Astara Gömrük İdarəsi, yük avtomobili, narkotik vasitə, Çin Xalq Respublikası, Azərbaycan Respublikası
Əlaqədar
Soğanlıqda narkotik daşıyan azərbaycanlılar ələ keçdilər
Başqalarını narkotikə təhrik edənlər, sadəcə həbs olunmayacaqlar - Yeni cəza
Azərbaycanda narkotiki və əxlaqsızlığı təbliğ edən "sənətçilər"
Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"
Avropaya daşınan 6 ton narkotik ələ keçdi

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

68
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

68
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22