Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin fəaliyyətə başladığı gün

69
(Yenilənib 22:15 14.11.2017)
1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib

BAKI, 15 noyabr – Sputnik. Bu gün, Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasından 98 il ötür. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb.

Gərgin müzakirələrdən sonra – 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə  1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.

Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edir.

1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

69
Teqlər:
birinci dərs günü, Vasili İvanoviç Razumovski, Universitet Şurası, Azərbaycan Xalq Cümhuriyyəti, Bakı Dövlət Universiteti
Əlaqədar
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılır
BDU ilə bağlı qərar verildi
BDU-da Bilik Günü və "Gaudeamus"...
BDU yaxınlığında qorxunc hadisə baş verib
“Rossotrudniçestvo”nun sədr müavini BDU-da olub