CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cüdoçularımızın növbəti uğuru: dünya reytinqində irəlilədilər

© AZƏRTACCüdo üzrə Azərbaycan millisi
Cüdo üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən güclü cüdoçuları siyahısında millimizin cüdoçuları da yer alır

BAKI, 14 noyabr — Sputnik. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sputnik Azərbaycan Dünya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

Belə ki, cüdoçularımızın əksəriyyəti mövqelərini qorumağı bacarıblar. Dünyanın ən güclü cüdoçuları siyahısında idmançılarımız Rüstəm Orucov 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Elxan Məmmədov 3-cü, Elmar Qasımovla İrina Kindzerskaya (+78 kq) 6-cıdır. Onlardan fərqli olaraq Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) irəliləyib. Cüdoçularımız hərəyə 1 rəqibini qabaqlamaqla, müvafiq olaraq 2-ci və 5-ci yerə qalxıblar.

Digər idmançılarımız Vüqar Şirinli (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) da eyni pillədə qalıblar. Onlar müvafiq olaraq, 29-cu, 22-ci, 15-ci, 20-ci, 39-cu və 30-cu yerdə qərarlaşıblar.

Xəbər lenti
0