Yatan qız, arxiv şəkli

Yatış formanıza görə xarakterinizi öyrənin

117
(Yenilənib 19:50 13.11.2017)
Yatarkən qollarını önə uzadan şəxslər çoxdur. Ətrafa çox açıq olurlar. Bundan başqa şübhəli və mənfi tiplərdir.

BAKI, 13 noyabr — Sputnik. Yatış formalarının birbaşa insan xarakteri ilə əlaqəli olduğunu bilirsiniz? Hansı yatış formasının nə məna verdiyini bilmək istəyirsiniz? Sputnik Azərbaycan saglamolun.az-a istinadən məlumatları təqdim edir:

Yastığı qucaqlamaq

Yastığı qucaqlayaraq, ya ayaqlarının arasına alaraq yatmaq bir çox insanların təbiətindən irəli gəlir. Bu insanlar dostluq, ailə və şəxsi münasibətlərinə çox bağlı olurlar. Başqalarına kömək etməyi sevir və öz zövqlərinə heyrandırlar.

Kötük pozası

Belə insanlar əlləri, ayaqları dümdüz şəkildə yatırlar. Bu insanlar çox sosial, güvəniləcək tipdirlər. Bəzən də çox saf olurlar.

Döl pozası

Ən sıx rastlanan yatış formasıdır. İnsan ayaqlarını qarnına doğru bükərək yatır. Kənardan baxanda çətin insan kimi görünsələr də, daxildən utancaq və həssasdırlar.

Xoruldayaraq yatmaq

Xoruldamaq əlimizdə olan bir şey deyil. Araşdırmaçılar bu insanların yüksək duyğulara sahib olduğunu, depressiya və aqressivliyi də yüksək səviyyədə yaşadığını deyirlər. Həyatlarının hər anını gözəl yaşayan və ehtiraslı biri olurlar.

Əsgər yatışı

Arxası üstə qolları yanda əsgər kimi yatış formasının bəzi iş sahiblərinə məxsus olduğu deyilir. Bu insanların ciddi xarakteri və çox gözləntiləri olur.

Əsnəmə forması

Yatarkən qollarını önə uzadan şəxslər çoxdur. Ətrafa çox açıq olurlar. Bundan başqa şübhəli və mənfi tiplərdir. Qərar verərkən çox düşünürlər, ancaq ağıllarına bir şey gəldisə, onu etmədən əl çəkməzlər.

Dəniz ulduzu forması

Arxası üstə yatıb, qollarını və ayaqlarını iki yan tərəf ayıranlar sadiq tiplərdir və dostlarını öz həyatlarından üstün tuturlar.

Yarım əsgər, yarım dəniz ulduzu

Bu insanlar nə əsgər kimi dümdüz, nə də dəniz ulduzu kimi səpələnmiş şəkildə yatırlar. Təbiəti sevən və başqa insanlardan çox tez təsirlənən tiplərdir.

Sərbəst yatış forması

Üzlərini yastığa qoyub əllərini yastığın altına keçirərək yatanlar çox sosial və tələskəndirlər. Daxillərində gizli sinir var və tənqidə qarşı həssas olurlar.

117
Teqlər:
xoruldamaq, yastıq, sağlamlıq, yuxu, orqanizm
Əlaqədar
Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir
Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun
Yuxusuzluq beynin fəaliyyətini pozur
Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!
Günorta yuxusunun faydası daha çox imiş
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

4
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

4
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

12
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

12