CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yalnızlığın bal ayı" Polşaya getdi

© Photo : Facebook / musfiq.xan.58Müşfiq Xanın "Yalnızlığın bal ayı" romanı
Müşfiq Xanın Yalnızlığın bal ayı romanı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda geniş oxucu marağına səbəb olan roman rus dilində ilk dəfə nəşr edilir

BAKI, 13 noyabr — Sputnik. Daha çox detektiv romanlar müəllifi kimi tanınan Müşfiq Xanın "Yalnızlığın bal ayı" ("Медовый месяц одиночества") psixoloji-məhəbbət romanı Polşanın "Ridero" nəşriyyatında çap olunub.

© Photo : Facebook / musfiq.xan.58Müşfiq Xan
Müşfiq Xan - Sputnik Azərbaycan
Müşfiq Xan

Sputnik Azərbaycan-ın məlumatına görə, "Müasir sevgi romanı" seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb. Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da Amazon.com, ЛитРес, ozon.ru, Books.ru və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

Qeyd edək ki, bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.

Xəbər lenti
0