Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanmasi ilə əlaqədar mətbuat konfransı

Axundlar gedir, əvəzinə imamlar gəlir

106
(Yenilənib 16:18 13.11.2017)
Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə axund vəzifəsinin ləğvinə başlayıb

BAKI, 13 noyabr — Sputnik. "İstəyirik ki, "İslam Həmrəyliyi ili" çərçivəsində belə bir qərar qəbul edək ki, "axund" sözü yığışdırılsın, onun yerinə ancaq "imam" sözü işlədilsin". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bir neçə ay əvvəlki toplantısında demişdi.

QMİ sədri bildirmişdi ki, "axund" sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Sədrin açıqlamasından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında qərar qəbul edildi. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilməli və bütün məscidləri idarə edənlər imam statusu almalıydılar.

Maraqlıdır, qərar nə zaman tətbiq olunacaq?

Bununla bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlama verib: "Qeyd edilən qərar artıq icra olunmağa başlayıb və yeni təyin olunanlara şamil edilir. Yəni, bundan sonra kim vəzifəyə təyin ediləcəksə, həmin tarixdən etibarən onun vəzifəsi "imam" şəklində yazılacaq".

Q.Cavadlı həmçinin məsələyə yenidən aydınlıq gətirib: "Sənədlərdə axundların ümumiləşdirilmiş adı imam olacaq. Çünki axund tarixizmdir, köhnə ifadədir. Məsələn, bu gün heç kim "münəccim" demir. Bu da termin islahatıdır. Vəzifə olaraq təbii ki, axundlar öz vəzifələrində qalacaqlar. Sadəcə adları dəyişdirilib "imam xətib", "imam naib", "imam cümə" kimi ifadələrlə əvəz olunacaq. Bu, bütün dünyada da qəbul edilmiş formadır. Azərbaycan da bu məsələdən kənarda qalmaq istəmir".

106
Teqlər:
islahat, imam, axund, Qazilər Şurası, Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), "İslam Həmrəyliyi İli"
Əlaqədar
QMİ: Ümrə ziyarətinə görə Səudiyyə Ərəbistanı ilə hələ ki, müqavilə imzalanmayıb
QMİ “İmamzadə Ziyarətgahı”nda baş verən insidentə münasibət bildirdi
QMİ sədri: “Bəzi dövlətlər bizim daxili işimizə qarışır"
QMİ sərt xəbərdarlıq etdi
QMİ-nin nümayəndəsinin qardaşı qudasını öldürmədiyini deyir
Pandemiyada imtahan

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

0
Oorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsi nəşr edilib

BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

0
Koronavirus testi, arxiv şəkli

Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək

1
(Yenilənib 13:53 07.07.2020)
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir.

BAKI, 7 iyul — Sputnik. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).

1

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

0
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

0