Marketdə satıcı, arxiv şəkli

Ciddi təhlükə ilə üz-üzəyik, fərqində deyilik

1019
(Yenilənib 23:05 13.11.2017)
Aidiyyatı qurumların yoxlamalar keçirməyə hüququ var

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Sovet dövründə bütün ictimai iaşə obyektlərində çalışan işçilər işə götürülən zaman onların sağlamlıq göstəriciləri, davranış qaydaları müəyyən edilirdi. İndi isə mağazalara satıcı işə götürülərkən sadəcə onun şəxsiyyət vəsiqəsi və təcrübəsi ilə maraqlanırlar. İşə götürülən şəxsin davranış qaydalarına riayət edib-etməməsi, həmin şəxsdə hər hansı bir xəstəliyin olub-olmaması çox zaman sahibkarlar üçün maraqlı olmur. Və bunun nəticəsidir ki, çox zaman mağazalarda barmağını dili ilə yaşlayıb pul sayan, sellofan torba ağzı açan, qablaşdırılmamış ərzaq məhsulunu əlcəkdən, xüsusi tutqaclardan istifadə etmədən götürən satıcılarla kifayət qədər rastlaşırıq.

Belə halların qarşısının alınması üçün istehlakçılar sözügedən iaşə obyektlərinə nəzarətin zəruri olduğu barədə tələb irəli sürdükdə isə, müvafiq idarələr və sahibkarlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununu əsas gətirirlər. Deyirlər ki, bu qanuna görə, obyektlərin yoxlanmasına icazə yoxdur.

Ancaq həmin qanunun 2-ci maddəsində qeyd edilir ki, nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Yəni aidiyyatı qurumların yoxlamalar keçirməyə hüququ var. Amma… 

Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, qida sektorunda işçilər müayinədən keçərək işə qəbul edilir və vəziyyət dünyanın hər yerində belədir. İctimai iaşə obyektlərində çalşan işçilərdə vərəm, infeksion xəstəliklər olmamalıdır. Bu, qida təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir.

"Digər tərəfdən örtüyü, müdafiəsi olmayan, qablaşdırılmayan qidalara, birbaşa açıq şəkildə satılan qidalara əllə təmas etmək qadağandır. Bu cür qidalara təmas edərkən birdəfəlik əlcəklərdən istifadə edilir və xüsusi qablarda alıcılara verilir. Bu qidalar satılarkən həşəratların, tozun təsirindən qorunmaq üçün izolə edilir. Ya üzəri bağlanılır, ya da soyuducuda saxlanılır" — həkim bildirib.

Adil Qeybulla hesab edir ki, ictimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara riayət olunmalıdır: "Bütün ictimai iaşə obyektlərində çalışan işçilər bir qayda olaraq maarifləndirilməlidir. Ümumiyyətlə, dünyanın hər bir ölkəsində ictimai iaşə obyektlərində çalışan işçilər müvafiq gigiyena qurumları tərəfindən mütəmadi olaraq yoxlanılır. Onlara gigenik sertifikat verilir və qayda pozuntuları qeydə alınır. Ola bilər ki, hansısa müəssisənin səviyyəsi gigiyenik qayda pozuntusuna görə aşağı salınsın".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, hazırda qurum tərəfindən heç bir yoxlamalar keçirilmir. Ancaq insan sağlamlığı üçün hər hansı bir təhlükə ilə bağlı müraciətlər olarsa, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən çıxarılış olduğu təqdirdə yoxlama keçirilə bilər: "Tövsiyyə məqsədilə deyə bilərik ki, bütün ictimai–iaşə obyektlərinin işçiləri ilkin tibbi müayinələrdən keçməlidirlər. Bura ilkin terapevtik, dəri-zöhrəvi və laborator müayinələr (bağırsaq infeksiyaları, hepatit və AİDS) daxildir". 

Kazımov bildirir ki, ticarət obyektlərinin əksəriyyəti sahibkarlıq subyektləridir. Burada işəgötürən məsuliyyət daşıyır: "İşəgötürən işə götürərkən işçi ilkin tibbi müayinədən keçməlidir. Növbəti vaxtda isə onlar ildə iki dəfə tibbi müayinədən keçməlidir. Əgər bu tibbi müayinələr həyata keçirilmirsə, məsuliyyət sahibkarların üzərinə düşür. Belə hallarda sahibkarlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilir".

Təmiz qida
© Karikatura
Təmiz qida

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, azad bazar iqtisadiyyatı, biznes qurumları üçün toxunulmazlıq şəraiti, yoxlamaların sıfıra enməsi vəziyyətində kiminsə xəstə olması, kiminsə hansı işlə məşğul olması heç kimin maraq dairəsində deyil: "Bəzi sahibkarlar var ki, onlar sağlamlıq arayışı tələb edir. Ancaq heç kim zəmanət verə bilməz ki, onlara təqdim edilən arayışlar pulla alınmayıb. Bəlkə də o arayışı təqdim edənin sadəcə, ciyərinə qulaq asıblar. Hazırda anormal bir vəziyyət hökm sürür. Buna görə də gələn il ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulub. Vəziyyət pisdir və buna heç kim nəzarət etmir".

Terapevt Mətanət Cəfərova da hesab edir ki, qida sektorunda çalışan işçilər və satıcılar mütəmadi olaraq müayinələrdən keçməli və müəyyən analizlər verməlidirlər: "Onlar sağlamlıq haqqında arayış əldə etdikdən sonra işləmələri daha məqsədəuyğun hesab edilir. Satıcılar qanın və sidiyin ümumi analizini verməlidirlər. Ürəyin kardioqramması, qanda şəkərin, qlükoza və xolesterinin miqdarı yoxlanmalıdır".

Yaxmada qonerayanın, nəcisdə fermentlərin, qurdların yoxlanması vacibdir. Mütləq şəkildə ağciyərlərin rentgenoqrafiyası çəkilməlidir. Bundan başqa, xüsusilə ərzaq məhsulları ilə işləyən satıcılar sifilisə, bağırsaq infeksiyalarına, boğazdakı, ağız boşluğundakı infeksiyalara, eləcə də qızılı stafilokoka qarşı analiz verməlidirlər. Bu xəstəliklər alıcıların həyatına təhlükə yarada bilər. Hepatit B virusunun ağız tüpürcəyi ilə keçməsi ehtimalı var ki, yaxşı olardı, satıcılarda hepatit B virusu da yoxlanılsın. Yoluxuculuğu yüksək olan vərəm xəstəliyi olan satıcılar alıcını yoluxdura bilərlər. Məsələn, satıcı vərəm xəstəsidirsə, o öskürən zaman tüpürcəyə əli ilə toxunubsa, onda əlini çörəyə və ya digər qida məhsuluna vurarsa, alıcını da yoluxdurma riski böyük ola bilər".

Həkim bildirir ki, damaq badamcıqlarında daimi hansısa xroniki infeksiya gəzdirən insanlar var. Badamcıqlarında daimi tonzilit olan şəxslərdə qızılı stafilokokun olma riski böyükdür. Bu da tüpürcəklə keçə bilir. Bundan əlavə, heç kim qarantiya vermir ki, satıcılar əllərini təmiz yuyur. Məsələn, hər hansı bir satıcıda parazit qurdlar ola bilər ki, o, ayaqyoluna gedib gələndən sonra əlini yaxşı yumaz. Və həmin əllərlə qidaya toxunar. Bu da xəstəliyin yayılması deməkdir.

1019
Teqlər:
Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Ziyəddin Kazımov, Mətanət Cəfərova, Adil Qeybulla
Əlaqədar
Kitab satıcısı: “Qarşımızdan keçən gənclərin sayına baxdıqda satış çox zəifdir”
Uğurlu satıcı olmadı, yaxşı aktyor və rejissor oldu
Ekspert: “Bəzi marketlərdə uşaqlara siqaret satırlar”
"Rahat" market müştərilərin aldadılması xəbərinə reaksiya verdi
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar