CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ora hotel deyil, kurort deyil, sığınma yeridir”

CC0 / Hans / BedsSosial asığınacaq, arxiv şəkli
Sosial asığınacaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sığınacaqda qalma müddəti 2 həftə də, 1 il də ola bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. "Cəzaçəkmə müəssisələrindən çıxanların cəmiyyətə adaptasiya olması üçün yeni sığınacaq yaradılacaq. 50 nəfər üçün nəzərdə tutulmuş mərkəz şəhərdən 90 km uzaqlıqda, Mərəzədə tikilib. Hazırda onun təmir işləri davam edir". Bunu Sputnik Azərbaycan-a İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova məlumat verib.

O, bildirib ki, sığınacağa müraciət etmə şərtləri olacaq. Sosial adaptasiyaya ehtiyacı olan, getməyə, qalmağa yeri olmayan, psixoloji reabilitasiyaya, məşğulluqla təmin edilməyə ehtiyacı olan cəzaçəkmə müəssisəsindən çıxan şəxs üçün fərdi iş planı hazırlanacaq. Sosial işçi, psixoloq və hüquqşünas bu şəxslə görüşəndən sonra onun reabilitasiya müddəti müəyyən ediləcək: "Fərdi iş planına uyğun müddət bitəndən sonra həmin şəxs oradan çıxmalıdır. Ora hotel deyil, kurort deyil, sığınma yeridir. Bu mərkəzin bir məqsədi var ki, cəzaçəkmə müəssisəsindən çıxan şəxslər çöldə qalıb, ehtiyacı olduğundan başqalarına zərər verməsinlər. Əhali çox zaman cəzaçəkmə müəssisəsindən çıxan şəxslərə vərəm xəstəsi kimi baxır. Bu yanlış yanaşmadır". 

Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
RUSİYA
Putin günahkarları cəzalandırmağa söz verdi

N. Balabəyova qeyd edib ki, sığınacaq ancaq kişilər üçün nəzərdə tutulub. Yataq yerləri ayrı-ayrıdır. Onların yeməyi, geyimi dövlət tərəfindən təmin olunur. Və onların məşğulluğu ilə bağlı yönləndirilmə olacaq. Sığınacaqda qalma müddəti 2 həftə də, 1 il də ola bilər. Hansısa bir problemi həll olunmursa, o bir müddət də qala bilər.

Balabəyova bildirib ki, cəzaçəkmə müəssisəsindən çıxan şəxslərin işə düzəlmə problemi ilə qarşılaşmasında onların da günahı var: "Çünki dəfələrlə olub ki, biz elə insanları işə düzəltmişik və bildirmişik ki, onlar müəssisədə olduqlarını deməsinlər. Amma onlar bir balaca söhbət çıxan kimi deyirlər ki, "mən filan qədər yatmışam". Dövlət olaraq biz gizliliyi qoruyuruq, amma vətəndaşlar özləri qorumur". 

Bağdad şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Deputat: İraq həbsxanasında 200 azərbaycanlı qadın saxlanır

Mərkəz rəhbərinin sözlərinə görə, cəzaçəkmə müəssisələri dövlət tərəfindən maliyyələşdirilir və hər bir şəxs üçün xərclənən məbləğ var. Həmin xərclərin azalması üçün isə cəmiyyət olaraq cəzaçəkmə müəssisələrindən çıxan insanlara dəstək olmalıyıq: "Dünya üzrə Yuvenal Ədliyyə ilə bağlı qanun var. Azərbaycanda da buna hazırlıq gedir. Bu qanuna görə, yüngül cəzalar zamanı (az miqdarda oğurluq, xuliqanlıq) şəxslər cəzaçəkmə müəssisələrinə göndərilmir, ictimai işlərlə cəzalandırılır. Başqa ölkələrdə bu Prabasiya adlanır. Bu qanun insanlara cəzaçəkmə müəssisələrinə düşməyə, o mühiti görməyə imkan vermir. O, yenə öz cəzasını çəkir, amma o mühitə düşmür. Bu adamın cəmiyyətdə qalmasına imkan yaradır".

Xəbər lenti
0