Наручники и деньги, фото из архива

Bacısını girov qoyub pul qazanmaq istədi, alınmadı

82
(Yenilənib 17:06 11.11.2017)
Bacısını İran narkotacirlərində girov qoyaraq külli miqdarda narkotiki Azərbaycana keçirmək istəyən şəxs tutulub

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.

DTX-nin İctimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.

82
Əlaqədar
Soğanlıqda narkotik daşıyan azərbaycanlılar ələ keçdilər
Misli görünməmiş miqdarda narkotik maddə ələ keçirildi
Millət vəkili: "Üstündən yarım qram narkotik tapılan adamı tutmaq olmaz"
MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub

1
(Yenilənib 15:41 22.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672, hazırkı dövrədək isə 1064475 test aparılıb.

1
Yada sal məni filminin çəkilişi, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib

11
(Yenilənib 15:35 22.09.2020)
Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi İngiltərənin Veksxem (Wexham) şəhərində keçirilən, 3 turdan ibarət olan "First-Time Filmmaker Sessions" film festivalının ilk turunu uğurla keçib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, növbəti tur oktyabrın ilk yarısında məlum olacaq:

"Bu film operator Qalib Bağırovla mənim diplom işimiz idi. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir".

Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

11
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, arxiv şəkli

Terrorçular Tural Gəncəliyevi təhdid ediblər

0
""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır.

 

BAKI, 22 sentyabr — Sputnik. Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - deyə o bildirib.

0