CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir nömrə üçün 35 min manat ödəyəcəksiniz...

© Sputnik / Anar MustafayevAvtomobil hərəkəti, arxiv şəkli
Avtomobil hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələn, 90 UP 005 nömrəsi 2 min 805 manata satılır. Əgər 10 AS 710 nömrəsini əldə etmək istəsəniz, 3 min 500 manat ödəməlisiniz.

BAKI, 10 noyabr — Sputnik. Sürücülər arasında maşın nömrələrinin "zerkalni" olması dəbdədir. Əsasən də gənclər bu tip "cüt" nömrələrə üstünlük verirlər.

Sputnik Azərbaycan xəbər verir ki, axar.az internetdə avtomobil satışı ilə məşğul olan saytlarda araşdırma aparıb. Məlum olub ki, turbo.az saytına yerləşdirilmiş elanlarda maşın nömrələrinə qoyulan qiymətlərin həddindən artıq baha olması diqqət çəkir.

Məsələn, 90 UP 005 nömrəsi 2 min 805 manata satılır. Əgər siz 10 AS 710 nömrəsini əldə etmək istəsəniz, 3 min 500 manat ödəməlisiniz.

Digər qiymətlər isə belədir:

10 OU 800 – 6 min 700 AZN

20 DA 202 – 2 min AZN

10 AU 888 – 5 min 500 AZN

90 FD 090 – 5 min AZN

90 FF 005 – 12 min AZN

10 OO 015 – 35 min manat.

Xəbər lenti
0