Həbs

Şagirdlərlə sekslə məşğul olan müəllim saxlanıb

378
(Yenilənib 15:21 10.11.2017)
Əvəzedici kimi dərs deyən müəllim şagirdləri ilə cinsi əlaqəyə girib

BAKI, 10 noyabr — Sputnik. Amerikanın Ohayo ştatında Medelin Marks (Madeline Marx) adlı 23 yaşlı müəllimə şagirdləri aldadaraq onlarla cinsi əlaqədə olmaqda günahlandırılır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı WHIO yayıb.

İki il ərzində əvəzedici müəllim kimi fəaliyyət göstərən Marks, onbirinci sinif şagirdləri ilə əlaqələrdə günahlandırılaraq həbs olunub. O, həmçinin məktəblilərə Snapchat və Instagram vasitəsilə çılpaq şəkillərini göndərməkdə günahlandırılır. 

Oktyabr ayında Amerikanın Florida ştatında 15 yaşlı şagirdini yoldan çıxardığına görə, 30 yaşlı müəllimə Jaklin Truman günahlandırılıb. Şagird istintaqa bildirib ki, qarşılıqlı razılaşma əsasında Trumanla 5-10 dəfə sekslə məşğul olub. Onların intim əlaqəsi elə sinifdəcə baş tutub.

Mayın 20-də isə Florida polisi 35 yaşlı müəllimə Tiffani Mişel Gelaygunu 17 yaşlı məktəbli ilə seksual əlaqələrə görə həbs etmişdi.

İyulun 16-da 57 yaşlı müəllim İngiltərənin Nottingem Pola O'Nila şəhərindəki bazar günü məktəbində Filippində yaşayan uşaqlara qarşı təcavüzlə bağlı yayımların təşkilinə görə ömürlük həbs cəzasına məhkum edilib.

O, məhkəmədə ona qarşı irəli sürülən 30 ittihamla razılaşıb. Bu ittihamlar arasında yetkinlik yaşına çatmayan 3 uşağın zorlanması, cinayətlərin təşkili və onlarda iştirak, 13 yaşlı uşağın cinsi əlaqəyə məcbur edilməsi, eyni zamanda uşaq fahişəliyinin təşkili yer alıb.

378
Teqlər:
Tiffani Mişel Gelaygu, Medelin Marks, Florida ştatı, Filippin, Ohayo ştatı
Əlaqədar
Bu ölkədə seks-kurort açılıb
Şok iddia: Trampın seks videosu Putinin əlindədir
Bir vaxtlar bizim ölkəmizdə seks
Dəniz Baykalın seks kasetini hazırlayıb yayanlar həbs olundu
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub

3
(Yenilənib 15:41 22.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672, hazırkı dövrədək isə 1064475 test aparılıb.

3
Yada sal məni filminin çəkilişi, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib

17
(Yenilənib 15:35 22.09.2020)
Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi İngiltərənin Veksxem (Wexham) şəhərində keçirilən, 3 turdan ibarət olan "First-Time Filmmaker Sessions" film festivalının ilk turunu uğurla keçib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, növbəti tur oktyabrın ilk yarısında məlum olacaq:

"Bu film operator Qalib Bağırovla mənim diplom işimiz idi. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir".

Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

17
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Lavrov dövlətlərin "özününkülər"ə "yadlar"a bölünməsindən gileylənib

0
“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif regionlarında silahlı münaqişələr tüğyan edir. Bunlara müasir dövrün kəskin təhdidləri əlavə olunur", - Sergey Lavrov

BAKI, 22 sentyabr — Sputnik. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri adından videomüraciətdə bildirib.

“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif regionlarında silahlı münaqişələr tüğyan edir. Bunlara müasir dövrün kəskin təhdidləri əlavə olunur: beynəlxalq terrorizm, narkotik və kibercinayətkarlıq, iqlim dəyişikliyi. Bu il bu siyahıya daha bir qorxulu çağırış — sosial-iqtisadi və digər sahələrdə ciddi böhran doğurmuş koronavirus pandemiyası – əlavə olunub", — diplomat bildirib.

Onun sözlərinə görə, ildən-ilə qlobal problemlərə reaksiya vermək daha da çətinləşir, xüsusən də artan parçalanma şəraitində. Lavrov vurğulayıb ki, bu vəziyyət bir sıra ölkələrin digər dövlətlərin qanuni maraqları ilə hesablaşmaq istəməməsi ilə çox bağlıdır.

O qeyd edib ki, "qaydalara əsaslanan dünya nizamı" kimi konsepsiya və standartların tətbiqi işə düşür. Bu, ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinin pozulması ilə birtərəfli sanksiyaların tətbiqi, dözümsüzlük və nifrət təzahürləri ilə müşayiət olunur.

"Lakin tarixin təbii gedişini dəyişmək olmaz. Bu gün beynəlxalq aləmdə yeni iqtisadi inkişaf mərkəzləri möhkəmlənir, silahlı münaqişələrin sırf dinc vasitələrlə aradan qaldırılmasına ehtiyac güclənir, qarşılıqlı asılılıq artır. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib, dünya hərtərəfli qarşılıqlı yardım və əməkdaşlığın genişləndirilməsini tələb edir. Başqa sözlə, 75 il əvvəl BMT-nin yaradılması zamanı ifadə edilmiş məqsədlər getdikcə daha da aktuallaşır", – nazir hesab edir.

Lavrov həmçinin tarixi yenidən nəzərdən keçirmək, faşizm üzərində Qələbəyə töhfə vermiş xalqların rolunu aşağı salmaq cəhdlərini absurd adlandırıb. O, keçmişin dərslərini xatırlamağa, azadlıq döyüşçülərinin qəhrəmanlığına ehtiramla yanaşmağa, onların şöhrətinə ucaldılmış abidələrin mühafizəsini təmin etməyə çağırıb.

Rusiya XİN başçısının sözlərinə görə, müasir şəraitdə BMT öz nizamnaməsinə ciddi uyğun şəkildə ahəngdar iş aparan effektiv bir qurum olaraq qalmalıdır, BMT sisteminin əsas orqanlarının mandatlarının silinməsinə və onların səlahiyyətlərinin təkrar edilməsinə yol verilməməlidir.

Lavrov qeyd edib ki, münaqişələrin beynəlxalq hüquq normaları əsasında danışıqlar çərçivəsində sırf dinc, diplomatik vasitələrlə həlli dünya birliyinin əsas vəzifələrindən biri, terrorçuluğa və onun mütəşəkkil cinayətkarlıqla birləşməsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi isə qeyd-şərtsiz prioriteti olmalıdır.

Nazir, həmçinin, qlobal sabitliyi qorumaq üçün silahlara nəzarət, tərksilah və silahların yayılmama sistemini zəiflətməyə yönəlmiş cəhdlərə qarşı durmağa çağırıb.

0
Teqlər:
Rusiya, videomüraciət, BMT Baş Assambleyası, BMT, Sergey Lavrov
Əlaqədar
İlham Əliyev: BMT-ni Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı
Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək
Rusiyadan Türkiyəyə gözlənilməz dəstək: "Narahatıq, vasitəçiliyə hazırıq"
Lavrov etiraf etdi – Azərbaycan və Ermənistan sənədlər üzərində işləyiblər