CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda həkim tanınmış müğənniyə qarşı məhkəmədə qalib gəldi

© Photo : APANazim Pişiyari
Nazim Pişiyari - Sputnik Azərbaycan
Abunə olmaq
"Faytonçu Nazim"in məhkəməyə verdiyi həkimin apellyasiya şikayəti təmin edilib

BAKI, 10 noyabr — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində "Elmed" klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a Əzimovun vəkili Elvin Səlimov məlumat verib.

Onun sözlərinə görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar da ləğv edilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi müğənni Nazim Pişiyarinin (Faytonçu Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoyulub. Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, "Elmed" klinikasının nümayəndəsi Ramiz İbrahimov apellyasiya şikayəti verib.

Xatırladaq ki, N.Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah E.Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Xəbər lenti
0