CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda havanın yaxşılaşacağı tarix açıqlandı - Rəsmi

© AFP 2023 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Proqnozlar Bürosu: Hava şəraiti sabahdan etibarən sabitləşəcək, temperatur 2-3 dərəcə yüksələcək

BAKI, 10 noyabr — Sputnik. “Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabrın 11-də gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: “Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-də və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlər ilə müqayisədə 2-3 dərəcə yüksələcək”.

Xəbər lenti
0