Bakıda dəyişkən buludu hava

Qar, duman yağış: Sabahın hava proqnozu

428
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək

BAKI, 9 noyabr — Sputnik. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-11° isti, gündüz 13-16°, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir. 

428
Teqlər:
hava haqqında, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası, Azərbaycan, Bakı
Əlaqədar
Bayram günündə hava istirahətə imkan verməyəcək
Pis hava şəraiti onlarla insanın ölümünə səbəb oldu
Sabahkı hava ürəyinizcə olmaya bilər
Noyabrda hava necə olacaq - proqnoz açıqlandı
Millət vəkili Qənirə Paşayeva

Qənirə Paşayeva: "Dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır"

1
(Yenilənib 16:21 05.06.2020)
"Şəkərli diabet, hemofiliya ilə bağlı dövlət proqramlarının icrası başa çatsa da, qarşıya qoyulan məsələlər öz həllini tapmayıb"

BAKI, 5 iyun — Sputnik. "Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı hesabatda əks olunmur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır: "Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır? Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik. Şəkərli diabet, hemofiliya ilə bağlı dövlət proqramlarının icrası başa çatsa da, qarşıya qoyulan məsələlər öz həllini tapmayıb".

1
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası vaxt olacaq?

4
(Yenilənib 15:38 05.06.2020)
Bugünkü iclasda 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təsdiqlənib.

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.

O bildirib ki, parlamentin növbəti iclası iyunun 12-də keçiriləcək.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. İclasda 2019-cu il büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul edilib, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təsdiqlənib.

4