Sarı kart göstərən hakim

Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb

15
(Yenilənib 21:57 08.11.2017)
Əliyar Ağayev Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda oyunun baş hakimi olacaq

BAKI, 9 noyabr — Sputnik. Azərbaycanlı hakim beynəlxalq       oyuna təyinat alıb. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya — Serbiya oyununun baş hakimi olacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 10-da keçiriləcək.

15
Teqlər:
Avropa çempionatı, futbol, Əliyar Ağayev, AFFA, hakim
Əlaqədar
Hakimi belə döydülər
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı
Qurban Qurbanov: "Hakim Dino Ndlovu ilə bağlı səhv qərar qəbul etdi"
Tarixi oyun türk hakimə həvalə edildi