Donmuş əllər. Arxiv şəkli

Əl ayaqların üşüməsi hansı xəstəlikdən xəbər verir?

2581
(Yenilənib 21:30 08.11.2017)
İnsanların həmişə üşüməsinin səbəbləri ilə tanış olun

BAKI, 8 noyabr — Sputnik. Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər. Sputnik Azərbaycan saglamolun.az-a istinadən oxucuları, insanların həmişə üşüməsinin səbəbləri ilə tanış edir:

İnfeksiya xəstəlikləri

Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.

Qanazlığı

Bəzi insanların üşüməsinin əsas səbəbi qanazlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (məsələn, menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.

Müalicə edilməsə, üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək.

Qeyd etmək lazımdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır.

Hətta bu yaxınlarda məsələ ilə bağlı Yuta Universitetində araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 C fərq əldə edib.

Hipoqlikemiya

Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır. Normada sağlam şəkərli diabet xəstəliyi olmayan insanda qanda şəkərin səviyyəsi acqarına 3,3 mmol/l-dən 5,5 mmol/l-ə  qədər olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsi müşahidə oluna bilər ki, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.

Diabet

Nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqların üşüməsinə səbəb ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur ki, ətrafların daim üşüməsinə səbəb olur.

Yeri gəlmişkən onu da qeyd edək ki, diabet dərhal gəlmir, onun simptomları qar topası kimidir. Əgər siz birdən-birə tualetə tez-tez getməyə başlamısınızsa, özünüzü daim əzgin, yorğun və susuzluq hiss edirsinsizsə, o zaman həkimə müraciət etmək lazımdır.

Tiroid (Qalxanabənzər) vəzi xəstəlikləri

Bədənin maddələr mübadiləsini tənzimləyən tiroid vəzinin normal işləməsi bütün orqanların normal fəaliyyəti üçün olduqca önəmlidir.

Qalxanabənzər vəzi çox və ya az işlədiyi hallarda üşümə ilə bərabər insanın gündəlik həyatına mənfi təsir edən daimi yorğunluq hissi, saç tökülməsi, qəbizlik, kökəlmə kimi əlamətlər özünü göstərməyə başlayır.

Qalxanabənzər vəzi kifayət qədər tiroid hormonlarını ifraz etmədikdə metabolizmi ləngiyir. Nəticədə orqanizm az enerji istehsal etdiyi üçün bədən üşüməyə, dəri qurumağa, saçlar isə tökülməyə başlayır. Bütün yer üzündə təxminən 4,5 faiz insanlar bu problemdən əziyyət çəkir. Qadınlarda xoşagəlməz əlamətlər 60 yaşdan sonra və hamiləlik zamanı tez-tez müşahidə olunur.

Əgər siz tiroid vəzinin yaxşı işləməməsindən şübhələnirsinizsə, həkimə müraciət edin. Diaqnoz qan təhlili əsasında cəmi bir günə məlum olur, problem özü isə dərmanla müalicə edilir.

Qan dövranının pozulması

Qan dövranın zəif olması müvafiq orqanların qidalanma pozğunluğu, bəzi bölgələrin həssaslaşmasına, xüsusilə ayaqların və qolların üşüməsinə səbəb olur.

B12 vitamininin çatışmazlığı

Bədən B12 vitaminini qəbul etməlidir ki, qırmızı qan hüceyrələri istehsal etsin. Onlar yuxarıda dediyimiz kimi B 12 qanı oksigenlə təmin edir, oksigen isə artıq məlum olduğu kimi istilik yaradır. B 12 vitaminin çatışmazlığı soyuqdəymə və xroniki anemiyaya gətirib çıxarır.

2581
Teqlər:
əlamət, xəstəlik, üşümə, ayaq, əl
Əlaqədar
Planetdə 400 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir
Özünüzü bu xəstəlikdən qoruyun!
Qorxulu xəstəliklər mənbəyini "şəfa mənbəyi" kimi turistlərə sırıyıblar
Ağ tut görün hansı xəstəliklərin dərmanıdır
Nadir xəstəliklərdən əziyyət çəkənlərə müjdə: nazirlik...
Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması

"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız

111
(Yenilənib 09:50 05.08.2020)
Ekspert bildirir ki, çoxmənzilli hər bir mənzilin çıxarışında onun istismar müddətinin bitəcəyi tarix qeyd edilməlidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu gün Bakı şəhərində sovet dövründə inşa edilmiş və istismar müddətini bitirmiş yüzlərlə çoxmərtəbəli bina var. Düzdür, zaman-zaman istismar müddəti bitmiş binalar plana düşüb, sökülüb və yerində yerində yeniləri tikilib. Amma hələ də belə binalar və belə binaların yüzlərlə sakinləri var.

Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet dövründə tikilən binalar standart layihələrlə inşa olunmaqla bərabər, tikilərkən istismar müddətinin bitəcəyi zaman da nəzərə alınırdı: "Məsələn, 1960-cı ildə inşa olunmuş "xruşovka" layihəli binanın istismar müddətinin 2010-cu ildə bitəcəyi qeyd olunurdu. Yəni, daşdan tikilmiş 5 mərtəbəli bir yaşayış binasına 50 il istismar müddəti verilirdi".

Onun sözlərinə görə, binanın istismar müddəti təkcə daş və suvaq hissələrinin köhnəlməsi ilə deyil, həmçinin onun zirzəmisi, bünövrəsi, şaxtaları, eyvanlar, pilləkənlər, havalandırma sistemləri, elektrik və digər əsas daşıyıcı kommunal xətlərinin köhnəlməsi ilə hesablanır.

Mütəxəssis bildirir ki, bu gün artıq həmin istismar müddətini bitirmiş binalara banklar ipoteka kreditləri ayırmır.

Belə ki, 2018-ci ildən başlayaraq, istismar müddətini bitirmiş və qəzalı hesab olunan köhnə yaşayış binaları sökülərək yeniləri ilə əvəzlənir.

"2000-ci ildən başlayaraq, ölkədə tikinti sektoru çox böyük sürətlə inkişaf etməyə başlayıb. Bu müddət ərzində 2000-dən çox çoxmənzilli bina tikilib. Binaların 80 faizi fərqli layihələrlə tikilib" - deyən ekspert təəssüflə vurğulayır ki, bu müddət ərzində tikinti sahəsinə ciddi nəzarətin olmaması bir çox binalarda tikinti normativlərinin ciddi şəkildə pozulması, binaların bir-birinə çox yaxın tikilməsi ilə nəticələnib.

Belə ki, əksər binalar sanki heç bir zaman sökülməyəcək, istismar müddətini bitirməyəcək kimi bir-birinə yaxın tikilib.

E. Fərzəliyev bildirir ki, dünya praktikasına görə, çoxmənzilli binalaırn istismar müddəti maksimum 60 ildir. Ancaq çox maraqlıdır ki, ölkədə tikilən çoxmənzilli binaların tikintisinə icazə verilərkən onların istismar müddəti hesablanmır.

"Hər bir əmlak alıcısı aldığı tikili barədə ətraflı məlumat ala bilmək hüququna malikdir. Köhnə binalardan əmlak aldıqdan sonra binanın plana düşərək, söküləcəyi qərarı ilə qarşılaşan minlərlə istehlakçı var. Bu onların hüquqlaırnın pozulması deməkdir. Hər bir alıcı əmlak alarkən aldığı əmlka barəsində kiçik bir araşdırma aparır. Amma bu məlumatları əldə etmək hamı üçün əlçatan olmur. Ancaq istehlakçı aldığı əmlak barədə məlumatlandırılmalıdır" - deyə ekspert qeyd edir.

Ekspert təklif edir ki, çoxmənzilli hər bir mənzilin çıxaırşında onun istismar müddətinin bitəcəyi tarix qeyd eidlməlidir.

"Bu gün demək olar ki, yeni tikilmiş binalardakı mənzillərin qiyməti ilə 15-20 il əvvəl tikilmiş binalardakı mənzillərin qiymətləri eynidir. Bu isə məntiqlə düzgün deyil. Daşınar əmlaklarda (avtomobillərdə) bu hallara görə çox ciddi qiymət fərqləri var. Nəticə etibarı ilə isə hər ikisində (daşınar və daşınmaz əmlaklarda) zaman keçdikcə köhnəlmə prosesləri baş verir" - deyən ekspert vurğulayır ki, aldığı daşınmaz əmlak barədə istehlakçının məlumatsız qalması onun hüquqlarını pozur.

111
Государственный экзаменационный центр

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

7
(Yenilənib 08:28 05.08.2020)
İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

BAKI, 5 avqust - Sputnik. Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə təqdim edib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

7

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

0
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0