Eldar Mahmudov

Eldar Mahmudov həbs oluna bilər

109
(Yenilənib 17:24 08.11.2017)
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilmək üçün yenidən Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılacaq

BAKI, 8 noyabr — Sputnik. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 10-da yenidən dindirilmək üçün Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Novosti-Azərbaycan-a məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Mahmudovun bu dəfə saxlanılacağı ehtimalı var. "Güman ki, o, həbs olunacaq" — deyə mənbə bildirib.

Xatırladaq ki, sabiq nazir daha əvvəl 2 dəfə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib.

Sözügedən cinayət işinə əsasən nazirliyin 7 vəzifəli şəxsinə qarşı AR Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) и 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi açılıb. Hazırda onların məhkəməsi davam edir və onlar haqqında həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq əməliyyat tədbirləri davam edir.

Azərbaycan prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il fərmanı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

109
Teqlər:
Cinayət Məcəlləsi, Milli Təhlükəsizlik Nazirliyi, milli təhlükəsizlik naziri, Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi, Eldar Mahmudov
Əlaqədar
Eldar Mahmudov Baş Prokurorluğa çağrıldı
Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı
Eldar Mahmudovun barəsində cinayət işi açılır
Eldar Mahmudovla bağlı sərt tələb
Eldar Mahmudovun oğlunun şəriki beynəlxalq axtarışa verildi