Aysel Məmmədova

“Eurovision-2018”-də Azərbaycanı bu qız təmsil edəcək Fotolar

1536
(Yenilənib 17:43 08.11.2017)
Təmsilçimiz Aysel Məmmədova pianoçu, vokalist və bəstəkardır

BAKI, 8 noyabr — Sputnik. Noyabrın 8-də Azərbaycanı "Eurovision-2018" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib. Sputnik Azərbaycan-ın İTV-yə istinadən məlumatına görə, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu, Aysel Məmmədovadır.

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

Aysel pianoçu, vokalist və bəstəkardır.

1536
Teqlər:
MEO Arena, Aysel Məmmədova, mahnı müsabiqəsi, Evrovision-2018, Portuqaliya
Əlaqədar
“Eurovision-2018”-in tarixi bəlli oldu
“Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsi başlayıb
Bu gün “Eurovision-2017”nin qalibi məlum olacaq
“Eurovision-2017”-nin bütün finalçıları bəlli oldu
Azərbaycan təmsilçisi "Eurovision-2017"-nin finalına vəsiqə qazandı