CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet dövründəki iş stajınız itməyəcək - Rəsmi

© Photo : REPORTСалим Муслимов, министр труда и соцзащиты населения Азербайджана
Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq

BAKI, 8 noyabr — Sputnik. Pensiyaların maliyyələşdirilməsində artıq dəqiq bölgü prinsipi mövcuddur. Pensiyaların 1992-ci ilədək olan staj üzrə formalaşma öhdəlikləri dövlət büdcəsinin öhdəlikləri hesab edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentdə keçirilən komitələrin birgə iclasında deyib.

Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi ilə birgə 1,33 milyon pensiyaçının hər birinin pensiya işi araşdırılır. Yaxın zamanda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılacaq. 6 ay ərzində 1,33 milyon nəfər pensiyaçının hər birinin işinə baxılacaq. Hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa, bu staj üzrə ödənişlər hesablanacaq.

Nazir bildirib ki, 1992-ci ilədək sosial sığorta sistemi olmayıb, ancaq, hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürüb. Onun üçün bu, dövlət büdcəsinin öhdəliyi sayılır. Komissiya işini başa çatdırdıqda tam məbləğ bilinəcək. Qərara gəldik ki, bu, dövlət büdcəsinin borcu olduğu üçün xüsusi komissiya yaradılsın və 6 ayda bu prosesi yerinə yetirmək olar.

Xəbər lenti
0