Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov

Komitə sədrindən həyəcan təbili: "Bu uşaqlar qısa müddətdə əməliyyat olunmasa..."

157
(Yenilənib 13:47 08.11.2017)
Eşitmə qüsurlu uşaqların müalicəsi üçün dövlət büdcəsindən 1,5-2 mln. manatın ayrılması təklif olunur

BAKI, 8 noyabr — Sputnik. Eşitmə qüsurlu uşaqların müalicəsi üçün dövlət büdcəsindən 1,5-2 mln. manatın ayrılması təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 8-də Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, ölkədə ildə təxminən 100-150 nəfər eşitmə qüsurlu uşaq doğulur: “Bu uşaqlar qısa müddətdə əməliyyat olunmasa, ömür boyu lal-kar qalırlar. Bu problem həllini tapmayıb. Transplantların alınmaması 100-150 nəfərin bədbəxtçiliyinə gətirib çıxarır. Bunun həlli üçün təxminən 1,5-2 mln. manat vəsait lazımdır”.

157
Əlaqədar
"Tribunadan səslənən söyüşləri eşitməməyə çalışıram"
"Onlar bu səsi heç yerdə eşitməmişdilər"
Baş məşqçi: "Toğrul Əsgərov ömürlük şikəst ola bilər"
Anadangəlmə şikəstlikdən canı qurtardı
İsrail mindən çox fələstinli uşağı ömürlük şikəst etdi