Kommunal xərclər

İşıq suyun qiyməti artacaqmı? - Parlamentdə müzakirə

544
(Yenilənib 15:06 07.11.2017)
Maliyyə naziri Samir Şərifov Milli Məclisdə hökumətin gələn il 55 milyon manat büdcə subsidiyaları ayıracağını deyib

BAKI, 7 noyabr — Sputnik. Azərbaycan hökuməti “Azərişıq” ASC və “Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.

Sputnik Azərbaycan Trend-ə istinadən məlumat verir ki, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il “Azərişıq” ASC və “Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazir bildirib: “Biz güzəştə getməliyik”.

544
Teqlər:
"Azərsu", "Azərişıq", subsidiya, Samir Şərifov, parlament, qiymət
Əlaqədar
Dövlət qurumundan müjdə: qiymətlər artmayacaq
Osmanlı: “İpoteka ilə bağlı yeni qaydalar qiymətlərə təsir etməyəcək”
Ekspert: “Azərbaycanda qiymətlər süni şəkildə artırılır”
"Qiymətlərlə bağlı risklər yaranarsa, bazara ciddi müdaxilə edilə bilər"
Dərmanların yeni qiymətləri müəyyən olundu
İşsiz adam, arxiv şəkli

Bir çox sahələrdə işsizlik olacaq - Bu da elmi-texniki tərəqqinin Azərbaycana "töhfəsi"

62
(Yenilənib 20:18 04.03.2021)
"Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklər baş verir. Bizdə hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların da boş qalacağını görəcəyik" - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. "Texnoloji kəşflərin tətbiqi çoxdan başlayıb. Sadəcə olaraq son bir ildə bu təsir daha da sürətləndir. Təbii ki, burada pandemiyanın da təsiri oldu".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni intellektin ölkəmizə təsiri haqda danışarkən belə deyib. 

Onun fikrincə, təxminən 10-12 il öncə başlayan proses yaxın gələcəkdə daha da sürətlənəcək.

"Biz süni intellektin təsirini ilk olaraq bankçılıq sahəsində gördük. Onlayn bankçılıq bank şöbələrinə ehtiyacı azaltdı, hətta qeyd edim ki, 2012-2013-cü illərdə Böyük Britaniyada ciddi böhran yaşandı. Təqribən 200 minə yaxın bank işçisi ixtisar oludu. Bu tendensiya bu gün də davam edir. Son illər Azərbaycanda da yeni texnologiyaların tətbiqi tendensiyası özünün göstərməyə başlayıb. Azərbaycanda da bank sektoruna işçi sayının azalması müşahidə olunacaq", - ekspert deyib.

O bildirib ki, bank sektoru ilə yanaşı süni intellekt digər sahələri də vuracaq:

"Süni intellekt həm hesablamalarda, həm qərarvermə mexanizmlərinin yaranmasında, həm də insan faktoru olmadan sənaye xərclərinin yaradılmasında da geniş istifadə olunacaq. Azərbaycanda isə ehtimal ki, insan əməyinin daha çox istifadə olunduğu sahələrdə süni intellekt tətbiq olunacaq. Bunlardan biri aqrar sektordur. Bizdə aqrar sektorda əl əməyindən hələ də çox yüksək səviyyədə istifadə olunur ki, bu da rentabelliliyi aşağı salır. Bir çox ölkələrdə isə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da əl əməyini dronlar əvəz edir. Yəni, komputer özü qərar verir ki, nə vaxt gübrə vermək lazımdır, nə vaxt sulamaq lazımdır və məhsulun yetişməsi üçün hansı tədbirlər görülməlidir".

Cəfərlinin sözlərinə görə, aqrar sektor qeyri-neft sektorunda lokomativ sayıldığından gələcəkdə bu sahədə iş yerlərinin azalmasına hazır olmaq lazımdır.

"Urbanizasiya hələ də başa çatmayıb. Rəsmi rəqəmlərə görə, bizdə kənd əhalisi ölkə əhalisinin 44 faizini təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 7-8 faiz civarındadır", - deyə N.Cəfərli bildirib.

Ekspert deyir ki, işsizliyin qarşısını almaq üçün indidən bu barədə düşünmək lazımdır. Lakin yaranacaq bu vəziyyətdən qorxmaq da lazım deyil: "Vaxtı ilə liftçi qız, telefonçu qız var idi. İndi isə nə liftçi qıza ehtiyac var, nə də telefonçu qıza. Bu isə o deməkdir ki, texnologiya inkişaf etdikcə, zamanla bəzi peşələrin tarixə qovuşması baş verir".

Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklərin baş verdiyini qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanda hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların boş qalacağını görəcəyik.

"Bir müddətdən sonra bu böyük alış-veriş mərkəzləri də tarixə qovuşacaq. Evdən çıxmadan süni intellektin yaratdığı imkanlarla virtual geyinib-soyunma otaqları da artıq mövcuddur. Yəni, bir geyimin, ayaqqabının üzərində necə göründüyünü görə bilirsən. Bu səbəbdən dünyada gedən tendensiya ilə bir müddətdən sonra Azərbaycanda da böyük alış-veriş mərkəzlərinin boş qalma ehtimalı var. Bu da müəyyən bir işsiz kütlənin yaranacağı deməkdir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.

62
Автомобильное движение в Баку

Tıxaclarda itirilən zaman - Necə edək ki, ömrümüz yollarda keçməsin

34
(Yenilənib 15:39 04.03.2021)
"Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar" - Ekspert

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Artıq bir ildir ki, ölkədə pandemiya şəraitinin davam etməsi bir çox sahələrdə fəaliyyəti iflic edib. Pandemiya nəqliyyatın da hərəkətinə təsirsiz ötüşməyib. Azərbaycanda bu sahə, xüsusən də ictimai nəqliyyatın fəaliyyəti tamamilə iflic olub. Belə olan təqdirdə insanlar saatlarla avtobus gözləməli, yaxud da saatlarla yollarda tıxacda qalmalı olur. Bakının bir başından digər başına çatmaq üçün nə az, nə çox 3-4 saat yolda keçir. Belə olan halda təxminən 2 istiqamət üçün yola xərclənən zaman təxminən iş saatına bərabər - 7-8 saat olur ki, bu da nəticə etibarı ilə işin keyfiyyətini aşağı salır.

Sumqayıt-Bakı yolunda tıxac, arxiv şəkli
© Sputnik / Sabina Aliyeva

Bir çox ölkələr yollarda zamanları, məsafələri qısaltmaq üçün bir-birindən fərqli layihələr icra etsələr də, ölkəmzidə bu problemlə bağlı gözəçarpacaq bir iş görülmür. Metronun işləmədiyi bir ərəfədə avtobusların üzərinə düşən yükü azaltmaq və yollardakı vəziyyəti nisbətən də olsa düzəltmək üçün nələr etmək olar?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Metronun işləməməsi ilə əlaqədar olaraq bu gün ictimai nəqliyyatın fəaliyyəti iflic olub. Bu səbəbdən də insanlar axşam saat 10-dək də küçələrdə gözləməli olurlar. Lakin onu da qeyd edim ki, vəziyyətin bu həddə olmasının tək səbəbi avtobusların sayının az olması deyil, eyni zamanda da Bakı şəhərindəki tikinti işləri ilə əlaqədardır. Normalda metro işləməsəydi belə, avtobuslarla sərnişindaşmanı həyata keçirtmək mümkün olardı. Lakin Bakıda yol-nəqliyyat infrastrukturunun inkişaf etməməsi buna imkan vermir. Bu səbəbdən də düşünürəm ki, indiki vəziyyətdə ictimai nəqliyyatın fəaliyyətinin bərpası üçün metronun açılması vacibdir. Heç olmasa, səhər və axşam saatlarında metro açılarsa, sıxlıq müəyyən qədər də olsa, aradan qalxar".

Ekspert yollardakı sıxlığı, eyni zamanda da zaman sərfiyyatını aradan qaldırmaq üçün digər bir təklif də irəli sürür: "Bakının bir başından digər başına hərəkət etmək çox çətindir. Bunun üçün alternativ nəqliyyat növləri düşünülməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar".

Bakıda infrastrukturun demək olar ki, bir-birinə zəncirvari bağlı olduğunu nəzərə alsaq, tikintilərin də nəqliyyat sistemini iflic etdiyini deyə bilərik. Ekspert də bu qənaətdədir: "Bakının mərkəzində hər hansı bir şəxs, dövlət qurumu istədiyi yerdə nəsə tikə bilər. Hətta istəsə, yolun nəqliyyata aid olan hissəsini də zəbt edə bilər və kimsə ona irad tuta bilməz. Bakıda tikinti özbaşınalığı yollardakı vəziyyəti acınacaqlı həddə çatdırıb və dəhşətli bir mənzərə yaranıb. Əslində bu problemin həlli yolları var. Ümumiyyətlə, şəhərin mərkəzində hündürmərtəbəli binaları tikintisi dayandırılmalıdır. Bundan başqa, Bakıda ərazilərin qanunsuz zəbt edilmələri dayandırılmalıdır".

O bildirir ki, Bakı şəhərində tikinti özbaşınalığı dayandırılmadıqca, avtomobillərin parklanma problemi qaldıqca qarşıdakı illərdə yollarda nəqliyyat sıxlığı bundan bərbad həddə çatacaq: "Dövlət idarələri var ki, onların binaları birbaşa yol kənarında tikilir, yaxud da yol kənarlaırnda olan binalar onlar tərəfindən icarəyə götürülür. Lakin təəssüf olsun ki, həmin o dövlət qurumlarının binasının heç birinin avtomobil parklama yeri yoxdur. Halbuki, həmin dövlət qurumlarına gün ərzində minlərlə şəxs gəlib-gedir. Təbii ki, belə olduğu təqdirdə tıxacların baş verməsi qaçılmazdır. Tıxacların azalması üçün yol-nəqliyyat strukturuna mənfi təsir göstərən problemləri kökündən aradan qaldırmaq lazımdır".

Eldəniz Cəfər yollardakı sıxlığa, zaman itkisinə səbəb olan digər problemdən də danışır: "Gündüz saatlarında yollarda şütüyən ağır tonnajlı yük avtomobilləri də hərəkətin məhdudlaşmasına səbəb olur. Bu avtomobillər 24 saat yollarda şütüyürlər ki, bu da tıxaclara səbəb olur. Tıxacların azalması üçün bu istiqamətdə də addımlar atılmalı, bir iş görülməlidir. Yük avtomobillərin Bakının mərkəzində nə işi var?!".  

 "Bizim sıxlığa səbəb olan digər problemimiz də avtomobillərin əksəriyyətinin köhnə olması ilə bağlıdır ki, bu da bəzən yollarda tıxaclara, ləngimələrə səbəb olur. Bu nasaz avtomobillərin də hardasa 30 faizi yolda nasaz vəziyyətdə qalır. Biz tıxacların səbəblərini arşadırdıqda görürük ki,əsas səbəb elə nazas avtomobillərdir", - deyə o əlavə edir.

Özü bəzən sükan arxasında, bəzən də ictimai nəqliyyatda işə getdiyini deyən həmsöhbətimiz yaranmış bu vəziyyətin iş həyatına mənfi təsir etdiyini deyir: "Pandemiya dövründə ən çox əziyyəti işləyən şəxslər çəkir. Xüsusən də pik saatlarda bu problem daha da qabarır. Pik saatlarda taksilər də qiyməti qaldırdığı üçün insanlar saatlarla yollarda qalmalı olur".

34
Əlaqədar
Bakıya girişdəki "butulka"nı sındırmağa hazırlaşırlar: yenə tıxac gözləyək?
İnsanlar “süni tıxac” yaradırlar: Başı da, dişi də ağrıyan “gəlin” deyib fəryad edir
Yağış, sürət, tıxac və cəbhəyə gedən yardımlar - diqqətli olmaq lazımdır
Ziya Bünyadov prospektində qəza oldu, tıxac yarandı
Bakı-Sumqayıt yolunda uzun tıxac