Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası

"Bəzi sərnişinlər düyməni basıb çay-kofe istəyirlər"

547
(Yenilənib 21:44 06.11.2017)
"Bir dəfə təsadüfən bir sərnişini kamera vasitəsi ilə gördüm. Qucağında böyük bir qaz ilə qatarda gedirdi"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Noyabrın 6-da Bakı metropoliteninin yaradılmasının 50 illiyini qeyd olundu. Artıq yarım əsrdir ki, metropoliten paytaxt sakinlərini mənzil başına çatdırır. Metro işçiləri səhər saat 6-dan gecə saat 12-yə kimi sərnişindaşıma ilə məşğul olurlar. Amma metroda iş sutka ərzində bir dəqiqə belə, dayanmır. Gecə saatlarında təmir qrupları metrodakı mümkün nasazlıqların, qüsurların aradan qaldırılması üçün ciddi rejimdə çalışırlar.

Sputnik Azərbaycan yarım əsr yaşı olan metronun sirlərini maşinist Abbas Abbasovdan öyrənməyə çalışıb. Artıq 9 ildir həyatının bir hissəsini qaranlıq tuneldə keçirən maşinist, müsahibəsində gündəlik işi barədə danışıb.

Maşinist Abbas Abbasov
© Sputnik / Murad Orujov
Maşinist Abbas Abbasov

— Metropolitendə işləmək çətin deyil?

— Metroda işçi kimi 2008-ci ildən işləyirəm. 8 ay depoda işlədim. Daha sonra imtahan verib maşinist köməkçisi oldum. Bir müddət bu vəzifəni icra etdikdən sonra, imtahan verib maşinist vəzifəsinə keçdim. İşimi sevdiyim üçün mənə çətin deyil.

 Metro qatarı sürməyə sevginiz haradan qaynaqlanır?

— Qatar idarə etmək uşaqlıq arzum olub. Arzumu gerçəkləşdirmək üçün bu sahəni seçdim. Peşman deyiləm. Avtomobillə metro qatarının fərqi həddindən artıq çoxdur. Elementar bir fərqi deyim. Maşında sükan olur, metro qatarı sükansız idarə olunur. Eyni zamanda, idarə üsulları da fərqlidir. Sadəcə, mən avtomobili deyil, qatarı idarə etməyi daha çox sevirəm.

 Yerin altında tənha şəkildə, saatlarla eyni marşrut xətti üzrə hərəkət etməkdən yorulmursuz?

— İlk vaxtlarda maşinist köməkçisi ilə işləyirdim və darıxmırdıq. Heç olmasa bir-birimizlə söhbət edirik. Daha sonra qatarı tək idarə etməyə başladım. Etiraf edim ki, ilk günlər tək işləyəndə darıxdırıcı olurdu. Daha sonra tək işləməyə öyrəndim.

 Sükan arxasında hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısız?

— Bəli. Bir neçə dəfə stansiyada qatar işə düşməyib. Yəni, texniki nasazlıqlar olub. Amma vəziyyətdən vaxtında çıxa bilmişik. 

Prezident İlham Əliyev Bakı metropolitenində olub
© Official website of President of Azerbaijan Republic

 Heç qatar idarə edərkən kimsə özünü qatarın altına atıb və ya təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən platformadan yıxılıb?

— Mən qatar idarə edərkən heç kim özünü atmayıb. Amma metropoliten tarixində belə hallar olub.

 İşin gedişində başınıza hansı maraqlı hadisələr gəlib?

— Qatarın vaqonlarında maşinistlə əlaqə düyməsi var. Dəfələrlə o düyməni basıb zarafat edənlər olur. Biri düyməni basıb deyir ki, oradan çay-kofe gətir, digəri qayıdır ki, kondisioneri qoş. Hətta söyüş söyənlər də olur. Təbii ki, biz onlara heç bir reaksiya vermirik. (Müsahibə zamanı belə hadisənin şahidi olduq. Belə ki, qatar gedərkən düyməni basıb maşinistə "bir az bərk sür də" deyən iki azyaşlı oğlanın səsi gəldi. Maşinist "düymə ilə oynamayın" deyib onları xəbərdar etdi və üzünü bizə çevirib gülərək "belə hallar tez-tez olur" dedi. – T.X.).

— Kameralar vasitəsi ilə sərnişinləri izləyə bilirsiniz? 

— Bir dəfə təsadüfən bir sərnişini kamera vasitəsi ilə gördüm. Əlində böyük qaz ilə qatarda gedirdi. Ümumiyyətlə, kameralarda çox sayda maraqlı halları müşahidə edirəm. O qədər olur ki… Hamısını xatırlamıram.

 İş zamanı gülməli hallarla qarşılaşmısız?

— Yeni qatarlarda belə bir funksiya var. Qatarın qapıları avtomatik olaraq 2 dəfə açılıb-örtülür. Üçüncü dəfə artıq qapılar avtomatik bağlanır. Bir dəfə qapı 2 dəfə açılıb bağlandı, bu zaman bir neçə sərnişin fürsətdən istifadə edib vaqona daxil ola bildi. Bunu görən bir xanım da vaqona girməyə çalışdı. Bu dəfə qapı avtomatik bağlandığı üçün xanım qapıda sıxıldı. Təbii ki, müdaxilə edərək qapıları açdım. Bir dayanacaq gedəndən sonra qadın düşdü və maşinist kabinəsinə yaxınlaşıb mənə iradını bildirdi: "Yekə kişisən, başqaları üçün qapı açırsan, mənim üçün açmırsan". Ümumiyyətlə, belə gülməli hallarla tez-tez rastlaşırıq. Platformada bizim arxa hissəni görmək, vəziyyətə nəzarət etməmiz üçün böyük güzgü quraşdırılıb. Gənclər çox zaman ondan özlərinə baxmaq üçün istifadə edirlər. Bu, bizim işimizə bir az da olsa mane olur. Amma heç nə demirik…

547
Teqlər:
Bakı Metropoliteni, Abbas Abbasov, Bakı
Əlaqədar
Bakı Metropoliteni: Bura işə düzəlmək üçün Şaxta Babaya müraciət edin...
Bu metro stansiyasında təmir işlərinə başlanılıb
“Xətai” metro stansiyasının yeni zalı istifadəyə verilib
Bu şəhər 100 ildir metro həsrətində idi
Dünyada ən dəhşətli metro qəzası

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0