CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Mahmudov Baş Prokurorluğa çağrıldı

CC0 / Wikipedia / Eldar MahmudovЭльдар Махмудов
Эльдар Махмудов - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb

BAKI, 4 noyabr — Sputnik. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O, bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sulatnov qeyd edib ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sultanov açıqlamasında həmçinin qeyd edib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Xəbər lenti
0