CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfqan hərbçilər yenidən Azərbaycanda - Rəsmi

Abunə olmaq
Əfqanıstan hərbçiləri Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alacaqlar

BAKI, 3 noyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadla xəbər verir ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" saziş 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanıb.

Xəbər lenti
0