CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yenə ov tüfəngləri yığılır

© pixabay / jasongillmanOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

BAKI, 3 noyabr — Sputnik. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

Bildirilir ki, 2017-ci ilin oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Xəbər lenti
0