Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpələrinin qüsurlu doğulacağını öyrənən anadan ürək dağlayan hərəkət

CC0 / SeppH / BabyРука младенца, фото из архива
Рука младенца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqlarının qüsurlu doğulacağını və yaşamayacağını öyrənən anadan tük ürpədən hərəkət

BAKI, 2 noyabr — Sputnik. Hindistanın Ambayoqay ştatında nadir hallarda rast gəlinin ümumi gövdəsi və ətrafları olan parapaqi siam əkizi dünyaya gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Indian Express nəşri məlumat yayıb.

Həkimlər müəyyən ediblər ki, 3,7 kq çəkisi olan uşaqların ayrı-ayrılıqda ağ ciyərləri və ürəyi var. Amma onların qaraciyəri və digər orqanları vahiddir. Doğuşdan dərhal sonra nəfəsalma problemi olan əkizlərin ağ ciyərləri xüsusi ventilyasiya cihazına qoşulub. Həkimlər bildiriblər ki, uşaqları ayırmaq və onların həyatını xilas etmək praktiki olaraq mümkün deyil. Uşaqlar doğuşdan bir sutka sonra ölüblər.

"Bu, çox ciddi və nadir hallarda rast gəlinən vəziyyətdir. Belə hallar ümumi siam əkizlərinin yalnız 10%-də rast gəlinir" — deyə Svami Ramanand Teert hospitalının ginekologiya şöbəsinin baş həkimi Sancay Bensod bildirib. 

Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda yüksək çinli məmurun ailəsində dəhşətli faciə

Amma dünyanın diqqətini uşaqlardan daha çox onların anasının hərəkəti cəlb edib. Belə ki, uşaqlardakı çatışmazlıq hamiləliyin 8-ci ayında USM zamanı məlum olub. Həkimlər anaya hamiləliyə son verməyi təklif ediblər. Ancaq o, taleyi ilə barışsa da, körpələri sona qədər bətnində daşımaq qərarına gəlib və bununla da ana olaraq uşaqlarına olan borcunu — onları dünyaya gətirməyi yerinə yetirmək istədiyini bildirib. Qadın hamiləliyin 36 həftəliyində qeysəriyyə əməliyyatı yolu ilə uşaqları dünyaya gətirib. Hazırda 36 yaşlı ananın həyatına heç bir təhlükə yoxdur. Amma o, hələlik körpələrin öldüyündən xəbərsizdir.

Siam əkizləri embrional inkişaf mərhələsində tam bölünməyən və ümumu bədənə, daxili orqanlara malik biryumurtalı əkizlərdir. Adətən mayalanmış yumurta döllənmənin 6-cı günündə bölünür. Siam əkizləri yumurtanın bölünməsi gecikəndə və mayalanmadan 14-15 gün sonra baş verəndə əmələ gəlir.

Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur.

Xəbər lenti
0