CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fond elmi inkişaf etdirmək əvəzinə qanunları pozurmuş

Abunə olmaq
2016-cı ildə Fondun büdcədənkənar gəlirləri olmadığı halda düzgün olmayaraq "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda gəlir göstərilib

BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (Fond) qanun pozuntuları qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Hesablama palatasından məlumat daxil olub. Bildirilib ki, auditlə əhatə olunan illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (Fond) tərəfindən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilən "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın bir sıra tələbləri gözlənilməyərək əvvəlki illərin icrası, depozit və tapşırıqlar hesabında olan qalıq vəsaitlər nəzərə alınmadan büdcə vəsaitləri üzrə proqnoz layihələr hazırlanıb və nəticədə ayrılan vəsaitlər 50-60% səviyyəsində icra edilib, istifadə olunmayan vəsaitlər isə depozit və tapşırıqlar hesabına köçürülüb, nəticədə qalıq məbləğlər ildən-ilə artıb.

Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməli olduğu halda, qrant müsabiqələrinin qalibi olan layihə rəhbərləri tərəfindən təqdim edilən hesabatlara əsasən layihə rəhbərlərinə layihə xərcləri üzrə ödənilən vəsaitin müxtəlif səbəblərdən xərc edilməyən 2015-ci ildə 127,6 min manatı və 2016-cı ildə 49,2 min manatı layihə rəhbərləri tərəfindən büdcəyə qaytarılaraq Fondun xərcləri həmin məbləğ qədər artıq göstərilib. 

ANAMA əməkdaşı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qurumunda ciddi nöqsanlar aşkarlandı

Qrant layihələri çərçivəsində qrant vəsaiti hesabına alınmış elmi avadanlıq, cihaz və qurğuların Fondun mülkiyyəti hesab olunmasına və layihənin icrası müddətində layihə rəhbərinin və icraçılarının istifadəsinə verilməsinə baxmayaraq həmin əsas vəsaitlər Fondda uçota alınmadan birbaşa xərcə silinib, layihələrin icra müddəti başa çatdıqdan sonra layihə rəhbərlərindən Fonda təhvil alınması və balansa götürülməsi təmin edilməyib.

Maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın tələblərinə uyğun tərtib edilsə də, təsərrüfat əməliyatları üzrə mühasibat müxabirləşmələri qüvvədən düşmüş təlimatın hesablar planı ilə aparılıb, 2016-cı ildə Fondun büdcədənkənar gəlirləri olmadığı halda düzgün olmayaraq "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda gəlir göstərilib, həmçinin xalis aktivlərin cəmi hesabat ilinin əvvəlinə və sonuna qalıqları "Xalis aktivlər kapitalda dəyişikliklər haqqında" hesabatda düzgün göstərilməyib.

Xəbər lenti
0