Məhkəmə prosesi

Azərbaycanda böyük rezonans: itirən tərəf kim olacaq?

718
(Yenilənib 17:53 02.11.2017)
"Vətəndaş, onu kredit bataqlığına salan banklara qarşı müdafiəsiz qalacaq"

BAKI, 2 noyabr — Sputnik. "Milli Məclis nümayəndəlik institutunun məhkəmədə təmsilçiliyini məhdudlaşdırmaqla, əhalini, sadəcə 700-ü fəal olan 900 vəkil ilə təmsil olunan Vəkillər Kollegiyasının ümidinə buraxdı".

Bunu hüquqşünas Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün, sadəcə elektron məhkəmə portalına adaptasiya edilən məhkəmələrdə olan işlərin sayı 373 mindən çoxdur: "500 mindən çox ümumi iş varsa, cəmi 700-800 vəkil bütün günü çalışsa, yenə bunu çatdıra bilməz".

"Bundan başqa, bölgələrdə yaşayan 7 milyon əhaliyə cəmi 235 vəkillə xidmət etmək real görünmür, mümkün deyil. Yəni, hər 30 min nəfəri bir vəkil təmsil edəcək. 600-dən çox hakimin, 600-dən çox hakim köməkçisinin, prokurorluq orqanlarında, DİN-də, vergidə, gömrükdə fəaliyyət göstərən minlərlə müstəntiqin, prokurorun qarşısında cəmi 900 nəfər vəkil 10 milyon insanı cinayət, inzibati və məhkəmə işlərində "keyfiyyətli" təmsil etməlidir" — Məmmədli bildirib.

Hüquqşünas deyib ki, minlərlə vətəndaşı müxtəlif hiylələrlə aldadıb, kredit bataqlığına salan banklara qarşı, o qədər insanı müdafiə edən nümayəndələr olmadığından, həmin vətəndaşlar banklar qarşısında bundan sonrakı proseslərdə müdafiəsiz qalacaqlar: "Bu da ayrı bir problemdir".

"Azərbaycanda sadəcə bir kollegiya var. Halbuki, bir çox yerlərdə belə deyil. Məsələn, Türkiyədə çoxlu barolar (vəkillər kollegiyaları) mövcuddur. 1997-ci ildə İstanbul Vəkillər Kollegiyasının üzvü olmuşam. Türkiyədə Ankara Barosu, Diyarbəkir Barosu və sair var. Yəni, bunlar sonda birləşirlər. Azərbaycanda isə belə bir şey yoxdur. Vətəndaş 3-4 ildən bir imtahan keçirilən, bir neçə pilləli olan bir strukturdan asılı qalacaq. Bu da ayrı bir problemdir" — ekspert vurğulayıb.

O, əlavə edib ki, hakimlər vəkilləri istədikləri vaxt cəzalandırmaq üçün Kollegiyaya müraciət edir və Kollegiya vəkilləri çölə atırdı: "Bir çox vəkillər var ki, onları Vəkillər Kollegiyasından, məhz hakimlərin müraciəti əsasında uzaqlaşdırıblar. Amma hakimlər nümayəndələri qova bilmirdilər. Nümayəndələr Kollegiyadan asılı deyildilər ki, onları cəzalandıra bilsinlər. Beləliklə, hakimlər zaman-zaman nümayəndələrin haqlı iradlarını dinləməli olurdular".

Hüquqşünasın sözlərinə görə, nümayəndələr mülki və inzibati işlərə çıxırdılar: "Cinayət işlərinə onsuz da çıxa bilmirdilər. Nümayəndələrin böyük çoxluğu hüquqşünasdır və onlar Kollegiyaya qəbul olunmasalar da, hüquq fəaliyyəti ilə məşğuldurlar, təhsilləri hüquqdur".

Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda Vəkillər Kollegiyasının, təxminən 900 üzvü var, lakin, real iş yükü həddindən artıq çoxdur: "Bu dəyişikliklə vəkil olmayan şəxslərin nümayəndə olması məhdudlaşdırıldı. Hesab edirəm ki, hazırda vəkillərin sayı bu yükü daşımağa kifayət deyil".

"İkinci problem odur ki, yaxın gələcəkdə vəkillərin sayının o yükü çəkə biləcək dərəcədə artırılacağına da real imkan görmürəm. Çünki artıq Kollegiyaya sənəd qəbul olub. Sənəd verənlərin hamısı qəbul olsa belə, yenə kifayət deyil ki, bu yükü çəkə bilsin. Yaxşı fikirdir ki, vətəndaşlara hüquqi xidməti peşəkar vəkillər həyata keçirməlidirlər. Lakin vəkillik sahəsi reallıqda buna hazır deyil" — Həsənov bildirib.

Onun fikrincə, digər tərəfdən, dövlət hesabına vəkil təyin edilərkən ödənişlərin məbləği çox azdır: "Bu da bu məsələ ilə bağlı fəsadlara gətirib çıxardacaq. Düşünürəm ki, vəkillik institutunun vəziyyəti əvvəlcə yüksəldilməli, sonra bu məhdudiyyət tətbiq edilməli idi. Bu, çox tez olub".

Hüquqşünas, nümayəndəliyin məhdudlaşdırılmasının qaydası ilə də razı deyil: "Məsələn, məhdudlaşdırdılar ki, yalnız yaxın qohumlar nümayəndə ola bilərlər. Məncə, bu, doğru məhdudiyyət deyil. Nümayəndəlik etməyin sayına məhdudiyyət qoyulsaydı, daha uğurlu olardı. Məsələn, deyilərdi ki, 1 adam il ərzində 5 nəfərdən çox şəxsin nümayəndəsi ola bilməz. Bu, daha mütərəqqi məhdudlaşdırma ola bilərdi".

Qeyd edək ki, oktyabrın 31-də Milli Məclisin plenar iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirə edilərək təsdiqlənib. Layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.

Digər yenilik isə odur ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri tərəfindən Milli Məclisə daxil olub. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Sözügedən iclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov, layihələrin qəbulunun lehinə olduğunu deyib: "Mən hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq, buna zərurət yaranacaq".

Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institunun fəaliyyətinin bərbad olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.

Onlardan əlavə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bildirib ki, qanun layihəsini qəbul etmək lazımdır: "Layihəni qəbul edək və işlənməsinə baxaq. Ehtiyac yaranacaqsa, digər sənədlərə də dəyişiklik edərik. Amma indidən birmənalı şəkildə bunun düzgün olmadığını iddia etmək doğru fikir deyil.

718
Teqlər:
kollegiya, hüquqşünas, Ələsgər Məmmədli, Elyar Həsənov, nümayəndə, Sputnik Azərbaycan, vətəndaş, hakim, vəkil, təmsilçilər, Azərbaycan, bank
Əlaqədar
Millət vəkili çarəsiz vətəndaşlara ümid verdi
"Gelandewagen" olayında yenilik: vəkil qovuldu
Tanınmış vəkil yol qəzasında öldü
Vəkil: Bakı Apellyasiya Məhkəməsindəki yenilik müsbət haldır

Ordumuz daha bir neçə kəndi qəsəbəni işğaldan azad edib - Prezident

90
(Yenilənib 20:51 21.10.2020)
Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir neçə kəndi və qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizlənib

BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəmizi erməni işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

90
Teqlər:
Zəngilan, Füzuli, Cəbrayıl, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri

Bir təpiklə can aldı

13
(Yenilənib 19:42 21.10.2020)
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 21 oktyabr — Sputnik. Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun "nazik bağırsağın zədələnməsi" diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Tovuz rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

13
Lampa, arxiv şəkli

İşğaldan azad edilən rayonlarda tezliklə öz işığımız yanacaq

0
(Yenilənib 20:15 21.10.2020)
Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir

BAKI, 21 oktyabr — Sputnik. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, paralel olaraq “Azərişıq” ASC-də 35 kV-luq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq.

Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir.

0