Femida

“Prezident İlham Əliyev bu məsələyə diqqət edəcək”

88
(Yenilənib 17:30 02.11.2017)
Keçmiş millət vəkili nümayəndəlik institutunun ləğvini pisləyib

BAKI, 2 noyabr — Sputnik. “Nümayəndəlik institutunun ləğvi ədalətin bərpa edilməsi prosesinə heç də pozitiv təsir göstərməyəcək. Bu tələsik atılmış bir addımdır. Çünki adambaşına düşən vəkillərin sayına görə Azərbaycan Avropa ölkələri arasında ən aşağı yerdədir. Belə olan halda nümayəndəlik institutu insanların hüquqi yardımla təmin edilməsinə imkan verir”.

Bunu Modern.az-a açıqlamasında keçmiş millət vəkili, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycanda il ərzində inzibati və mülki işlərin sayı 300 mini keçir. 

“Hətta bəzi hallarda daha çox olur. Belə olan halda necə keyfiyyətli hüquqi yardım göstərmək olacaq? Azərbaycanda vəkillərin sayı buna imkan verəcəkmi? Nümayəndəlik institutunun ləğvi insanların hüquqi yardımla təmin olunmasına mane olacaq. Həmçinin, hüquqi yardımla bağlı monopoliyanın yaranmasına gətirib çıxaracaq. Bizdə Vəkillər Kollegiyası vətəndaşı bir vəkillə təmin edə bilər. Vəkillər Kollegiyasının özü də monopollaşdırılmış institutdur. Əgər nümayəndəlik institutunun ləğv edilməsində hüquqi yardımdan söhbət gedirdisə, heç olmasa hüquqşünaslar üçün imkanlar yaradılmalıydı. Məhkəmələrdə nümayəndəlik institutunun olması vacibdir. Çünki elə məsələlər var ki, kimya və digər sahələr üzrə mütəxəssis mənim nümayəndəm ola bilər. Nümayəndəlik institutunun ləğvi bir növ iradə azadlığına qarşıdır. Belə olmaz axı. Ümid edirəm ki,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklər yenidən müzakirəyə çıxarılacaq. Yəqin ki, cənab prezident də bu məsələlərə diqqət yetirəcək. Qanuna başqa bir formatda dəyişikliklər edilməsinin şahidi olacağıq” — Nuriyev deyib. 

Hüquqşünas qeyd edib ki, nümayəndəlik institutunun ləğvi bir çox insanların iş yerlərini itirməsinə gətirib çıxaracaq:

“Məsələnin nə hüquqi, nə iqtisadi, nə də mövcud vəziyyətlə bağlı tərəfi öyrənilməyib. Bu qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt araşdırma apardı ki, nümayəndəlik institutunun ləğvi hansı nəticələrə yol açacaq? Onların bununla bağlı araşdırmaları, sorğuları varmı? Yoxdur! Nümayəndəlik institutunun çox önəmlidir”.

Nuriyev bildirib ki, Azərbaycanda cəmi 934 vəkil var. 

“Regionlardakı vəkillərin sayı isə 250-dən bir az artıq ola bilər. Hətta bəzi rayonlarda vəkil yoxdur. Nümayəndəlik institutunun ləğv edilməsilə insanların xərcləri bir az da artacaq. Həmçinin, Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun yoxdur. Əgər yenidən bu qanuna baxılmazsa, biz onun xoş olmayan nəticələrini görəcəyik” — keçmiş millət vəkili vurğulayıb. 

Qeyd edək ki, dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri (Ramiz Rzayev) tərəfindən Milli Məclisə daxil olub. Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər parlamentdə təsdiqlənib. 

Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirakı təklif olunub. Sənədə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklikdə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar — vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

88
Teqlər:
Konstitusiya” Araşdırmalar Fondu, Əliməmməd Nuriyev, Ramiz Rzayev, Azərbaycan
Əlaqədar
Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək
Millət vəkillərinin toxunulmazlığı ləğv edildi
Xalid Bağırov Vəkillər Kollegiyasından xaric edilib
Azərbaycanın məhşur vəkillərindən biri vəfat edib
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

9
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

38
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

38
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC