Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin tətbiq etdiyi yenilik alqışlanır, lakin...

1300
(Yenilənib 18:45 01.11.2017)
DİN əlavə qurum yaratdı: məlumat ala biləcəyik, ya yox?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. "Daxili İşlər Nazirliyinin (DİN — red.) mətbuat xidmətinin regional qurumlarının fəaliyyətə başlaması işin xeyrinə olacaq. İlk olaraq operativlik, dəqiqlik təmin ediləcək, regionda insanların informasiya alması asanlaşacaq".

Член правления Совета прессы АР Азер Хасрет
© Sputnik / Anar Mustafayev
Член правления Совета прессы АР Азер Хасрет

Bunu Sputnik Azərbaycan-a açıqlamasında media məsələləri üzrə ekspert Azər Həsrət deyib. Onun sözlərin görə, rayonlar üzrə təyinatlar uyğun olmazdı, çünki Azərbaycan kiçik ölkədir: "Amma regional bölmənin olması işin xeyrinədir. Ümumiyyətlə, mərkəzdəki struktur bütün ölkə üzrə işləri aparmaqda çətinlik çəkir. Bunun üçün həm əlavə insan ehtiyatları, həm də kommunikasiya lazımdır".

"Kommunikasiya elə qurulmalıdır ki, baş verən hadisələri və yaxud informasiyaları yerindəcə dəqiqləşdirmək, mətbuata, müvafiq qurumlara ötürmək mümkün olsun. Vahid mərkəzi struktur olanda hər kəs mütləq mərkəzə müraciət etmək məcburiyyətində qalır. Amma regional struktur vahidləri olanda insanlar daha yaxında olan quruma müraciət etmək imkanı əldə edəcəklər" — Həsrət bildirib.

Ekspertin sözlərinə görə, bir neçə il bundan qabaq Təhsil Nazirliyi, təhsil sahəsində bütün xəbərlərin nazirlikdən süzülüb keçməsinin mümkünsüzlüyü ilə bağlı tənqid edilib: "Niyə yerlərdəki qurumlar xəbərlərini özləri yaymasın? DİN-in bu təşəbbüsü digər qurumlar üçün yaxşı bir örnək təşkil edə bilər. Təhsil, səhiyyə və digər nazirliklərin regionlarda informasiya xidməti göstərən struktur vahidlərinin olması işin xeyrinə olar. Bu, insanların birbaşa mərkəzə müraciət etmədən özlərinə daha yaxın olan coğrafiyadan xəbərləri, informasiyaları əldə edə biləcəkləri baxımından müsbətdir".

"Burada insan faktoru da var. Elə dövlət qurumları var ki, onların informasiya xidmətləri fəaliyyət göstərir, amma jurnalistlər belə, həmin xidmətlərdən yararlana bilmirlər. Çünki orada oturan kadrlar yaxşı işləmirlər" – deyə o, qeyd edib.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, bir tərəfdən informasiyanın daha geniş kütləyə yayılması baxımından müsbətdir, digər tərəfdən yeni işçilərin işə götürülməsi, yeni ştatların açılması baxımından əlavə yükdür: "İnformasiya və kommunikasiya sistemi kifayət qədər inkişaf edib. Dövlət qurumlarının bununla bağlı öhdəlikləri də var. Bütün regionlardan internetə giriş mövcuddur. İnternet resursunu aktiv saxlasalar, oraya normal sistemi yeniləyən adamlar yerləşdirsələr informasiya təminatı tam olunacaq".

"Bunun üçün əlavə mətbuat xidmətləri yaratmaq yox, internet resursunu mərkəzləşmiş qaydada yeniləyən sistemi inkişaf etdirmək lazımdır. O zaman vətəndaşların, cəmiyyətin sürətlə informasiya alması kimi problemləri avtomatik həll olunacaq" — Məmmədli vurğulayıb.

Ekspertin fikrincə, beynəlxalq təcrübədə, əsasən elektron sistemə keçildiyi üçün qurumlar informasiyanı dərhal, ehtiyac olan zaman yayır: "Məsələn, radara düşən zaman SMS gəlir. Deməli, dövlətə lazım olanda SMS ilə dərhal xəbəri çatdıra bilir. Əslində, mərkəzləmiş sistem də budur. Əgər insan həyatı üçün vacibdirsə, dərhal SMS xidmətindən istifadə edə bilərlər. Bu, mümkündür. Çünki hər kəsin indentifikasiya olunmuş nömrələri var. Yəni, sistem işləməlidir".

Hüquqşünas Ələsgər Məmmədli
© Photo : Şəxsi arxivindən
Hüquqşünas Ələsgər Məmmədli

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb. Daxili işlər naziri Ramil Usubov ölkəmizin 6 bölgəsində — Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb. Məqsəd cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri, cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərini daha da yaxınlaşdırmaqdır.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər "polis leytenantı" xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.

1300
Teqlər:
Azər Həsrət, Ələsgər Məmmədli, Sputnik Azərbaycan, informasiya, region, DİN, media, rayon, ekspert, Daxili İşlər Nazirliyi, Azərbaycan, mətbuat xidməti
Əlaqədar
Nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxdı
Bakıda qəzada mətbuat xidməti rəhbərinin oğlu xəsarət alıb
Prezidentin mətbuat katibi: "Azərbaycana iftira atmaq cəhdləri nəticəsiz olacaq"
Prezidentin Mətbuat Xidməti mühüm açıqlama yaydı
Deputat: “Milli dəyərlərimizin əsas qoruyucusu mətbuatdır”
Səhra çəyirtkələri, arxiv şəkli

Çörəyimizə şərik çıxanlar: budəfəkilər "gəlmə" deyil, quraqlıqdan törəyib

7
(Yenilənib 00:05 11.07.2020)
Onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə gün öncə Azərbaycanın şimal bölgəsinə hücum edən çəyirtkələrin budəfəki hədəfi şimal-qərb bölgəsidir. Qax rayonunun Qıpcaq, Qaysarlı, Baydarlı, Ağyazı, Tasmallı və digər kəndlərinin sakinləri gecə saatlarında çəyirtkə yağışının şahidi olublar.

Qıpcaq kənd sakini Abdulla Əfəndiyev deyir ki, belə bir hadisə ilə ilk dəfə qarşılaşır: “Gecə saatlarında sürüylə gəldilər sanki. Bütün həyət çəyirtkə ilə dolu idi. Bu məsələdə ən çox qazanan isə toyuq-cücə oldu. Bilirsiz ki, quşlar həşəratları çox sevir. Bu hadisə onlar üçün böyük bayrama çevrildi”.

Qaysarlı kənd sakini Kamil Həşimov isə arzuolunmaz qonağın bitkilərə zərər verməsindən narahatdır: “56  illik ömrümdə belə bir möcüzə ilə ilk dəfə qarşılaşdım. Məni ən çox narahat edən həşəratların bitkilərə zərər verməsidir. Həşəratların içində bitkilərə ən çox zərər verəni çəyirtkədir. Onsuz da bu il digər illərə nisbətən məhsuldarlıq zəifdir. Çəyirtkələrin hücumu da bir tərəfdən zərər verəcək”.

Tasmallı kənd sakini Afət Aslanova isə çəyirtkələrin sürü halda gəlməsini dolu yağışına bənzədib: “Gecə saatlarında elə bildim, dolu yağır. Yoldaşıma dedim ki, dolu yağır. Yoldaşım pəncərəni açdı ki, havaya baxsın, pəncərəni açan kimi çəyirtkələr evin içinə də doldu. Çox qorxduq. Tez pəncərələri bağladıq. Səhər həyətə düşəndə baxdıq ki, hər tərəf çəyirtkəylə doludur”. 

Məsələ ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti, İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovla əlaqə saxladıq. Ekoloqun Sputnik Azərbaycan-a dediyinə görə, indi həmin çəyitkələrin çoxalma və miqrasiya dövrüdür: “Buğumayaqlılardan olan çəyirtkə bir neçə fazada olur: tək və sürü fazası. Həmin kəndlərdəki çəyirtkələr sürü fazasıdır ki, indi onların artıb-çoxalma və miqrasiya  dövrüdür. Əmələ gəldiyi, artıb-çoxaldığı ərazilərdən artıq köç etməyə başlayıblar. Təbii mühitdə, o cümlədən aqrosenozlarda yaşıl kütləyə - əkin sahələrinə, yaşıllıq ərazilərinə kütləvi ziyan vura bilərlər. Bəzən ağır sürüləri olur ki, ağacların, kolların budaqlarına qonanda qırıb-tökür. Bu hadisə bizim rayonun əsasən Əyriçay vadisi və ondan yuxarı hissəsində olub. Orta Atağar qovşağına qədər gəlib çatıblar. Ağyazı kəndində yerləşən “Aqropark” adlanan ərazidən Qax şəhərinə doğru olan ərazini əhatə edib”.

Qurum rəsmisinin sözlərinə görə, onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar:

“Buna qarşı metodlar var. Çəyirtkənin təbii düşmənləri var. Məsələn, quşlar, sürünənlər çəyirtkələri məhv edir. Bundan başqa, bu həşəratların qarşısını almaq üçün müxtəlif kimyəvi preparatlardan istifadə etməklə təsir göstərmək olar. Amma buna da diqqət etmək lazımdır. Elmi biliklərə əsaslanaraq həmin dərman preparatlarından istifadə etmək lazımdı, ki, onlarla bərabər təbiətə xeyir verən həşəratlar da məhv olmasın. Preparatdan düzgün istifadə olunmazsa, ilk növbədə arıları məhv edə bilərlər. Buna görə də, dəqiq təyin olunmuş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Çəyirtkələrlə mübarizənin ən düzgün üsulu çiləmədir. Onların sıx toplaşdığı əraziyə havadan və yaxud yerdən çiləyərək mübarizə aparmaq olar”.

Təbiətşünas həşəratların artmasının səbəblərindən də danışdı: “Artmasının səbəbi quraqlıqla əlaqədardır. Bu iqlim onların sayının artması üçün münbit şərait yaradıb. Quraqlıq dövründə çəyirtkələr ortalığa çıxır, yaşıllıq olan ərazini məhv edir. Ötən əsrin sonlarında bu bölgədə sarı kəpənəklərin sayı çox idi, bir müddət sonra onların sayı getdikcə azaldı. Çox güman ki, çəyirtkələrin də bu növü müəyyən müddətdən sonra azalacaq”.

Muradov  bildirir ki, Qaxdakı hadisə bir müddət öncə Şabran rayonunda baş verənlə eyni deyil:  “Sözügedən həşəratlar Xəzərsahili rayonlardan gələn həşəratlar deyil. Bu, sırf iqlimin quraq keçməsi ilə bağlıdır. İqlimin quraq keçməsi onların artmasına kömək edir”. 

7
Əlaqədar
Cavanşir Təlai: "İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib"
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
Göygöz kosanın arzuladığı "cənnət": Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ
Təbiətin mülayimliyi bizə baha başa gələcək - Bu il yerli meyvədən əl üzməli olacağıq
Çin Pakistana yüz minlik "ordu" göndərməyə hazırlaşır - VİDEO
Nyu-Yorkda Google şirkətinin ofisi, arxiv şəkli

Kaliforniya Google əleyhinə araşdırmalara başlayıb

4
(Yenilənib 23:19 10.07.2020)
Araşdırmanın mahiyyəti açıqlanmasa da, bildirilir ki, o, 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil.

BAKI, 11 iyul — Sputnik. Kaliforniya hakimiyyəti antiinhisar qanunvericiliyi çərçivəsində Google şirkətinə qarşı araşdırmalara başlayıb. Bu barədə Politico nəşri Dövlət Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil. Beləliklə, şirkətin fəaliyyətini araşdırmayan yeganə ştat Alabamadır.

Hələlik dövlət hakimiyyətinin diqqətini Google-un fəaliyyətinin hansı aspektinin cəlb etdiyi məlum deyil. Kaliforniya Baş prokurorunun nümayəndəsi Ksavye Beserra şərh verməkdən imtina edib. Öz növbəsində, qurumun mətbuat katibi Sara Lovenhaym bildirib ki, prokurorluq istintaqın başlanmasını təsdiq və ya inkar etməyəcək.

Böyük həcmli antiinhisar araşdırmalarla tanınan Kaliforniyanın böyük şirkətlərin fəaliyyətini tənzimləyən öz qanunları var. Xüsusilə, Kartrayt Qanunu və ABŞ-ın Federal Antiinhisar Qanununa nisbətən daha geniş şəkildə şərh edilə bilən Vicdansız rəqabət Qanunu.

Bundan əlavə, önümüzdəki aylarda ABŞ Ədliyyə Nazirliyinin Google şirkətini məhkəməyə verməsi və rəqəmsal texnologiya bazarının inhisara məruz qalması barədə ittiham irəli sürülməsi gözlənilir.

2010-cu illərin əvvəllərində rəqəmsal nəhənglə bağlı araşdırma aparılıb. Sonra ABŞ Federal Ticarət Komissiyası şirkəti Google axtarış mühərriki vasitəsilə öz mallarının satışını təşviq etməkdə günahlandırıb, lakin sonra ittihamlar rədd edilib və cinayət işi bağlanıb.

Daha əvvəl Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini üçüncü tərəfin inkişafına təzyiq göstərməkdə və bazarı inhisarda saxlamaqda günahlandırıb.

4
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə bu gecə gərginlik davam edib

0
(Yenilənib 09:39 11.07.2020)
Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

BAKI, 11 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
Müdafiə Nazirlıiyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0