Bakı-Şamaxı-Muğanlı avtomobil yolu, arxiv şəkli

Yeni həftədə hava xoş sürpriz edəcək

488
(Yenilənib 13:11 29.10.2017)
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq

BAKI, 29 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz  40-50% olacaq. 

Oktyabrın 30-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir. 

488
Əlaqədar
Sabah hava yenidən qanınızı qaraldacaq - Xəbərdarlıq
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək
Türkiyədən Azərbaycan aviaşirkətinə qadağa: Hava məkanımızdan keçmə!!!
Gözlənilən hava şəraitindən xəbəriniz olsun
Hava proqnozu açıqlandı