CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?!

© Sputnik / Shahperi AbbasovaŞəkidə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda görüş
Şəkidə Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları mövzusunda görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın turizm cənnəti adlandırılan qədim Şəki şəhərinin qadınları işsizlikdən və maaşların azlığından əziyyət çəkir

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın turizm cənnəti adlandırılan qədim Şəki şəhərinin qadınları işsizlikdən və maaşların azlığından əziyyət çəkir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu rayonun fəal xanımları "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşkilatçılığı ilə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda keçirilən görüşdə səsləndiriblər.

Təşkilatın sədri Ülkər Abdullayeva bildirib ki, bu görüşləri keçirməkdə məqsəd ölkə qadınlarının sosial-psixoloji vəziyyətini daha dərindən öyrənmək və onların böhrandan çıxmasına yardım göstərməkdir.

Görüşdə iştirak edən xanımlar Şəki rayonunda işsizlik probleminin öndə gəldiyini qeyd ediblər.

© Sputnik / Shahperi AbbasovaŞəkidə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda görüş /
Şəkidə Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları mövzusunda görüş / - Sputnik Azərbaycan
Şəkidə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda görüş /

Onlar bildiriblər ki, son illərdə xarici və yerli turist axını Şəkinin sosial-iqtisadi həyatında xeyli canlanma yaradıb. Bu, yerli əhalinin güzəranına nisbətən müsbət təsir edir. Amma problemlər də var. Camaatın açdığı kiçik sahibkarlıq müəssisələri – halva sexləri, dəmirçixanalar, sənətkarlıq emalatxanaları tam gücü ilə işləyə bilmir. Onların tam gücü ilə işləməsi üçün kiçik kreditlərə və subsidiyalara ehtiyacı var.

Bununla yanaşı, xanımlar məktəblərdə, kitabxana və mədəniyət evlərində iş yerlərinin ixtisarından əziyyət çəkdiklərini, alternativ qazanc mənbələri olmadığını bildiriblər. Onlar maddi problemlərin ailələrdə söz-söhbətə səbəb olduğunu, bu söhbətlərin bəzən intihara qədər aparıb çıxardığını vurğulayıblar. Gənclərin kütləvi surətdə iş dalınca paytaxta və Rusiyaya üz tutduğu, bəzilərinin radikal dini qruplaşmalara qoşulduğu, zərərli vərdişlərə qurşandığı qeyd olunub.

Qadınlara təşkilat üzvləri tərəfindən öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər, öz bizneslərini qurmaqla bağlı faydalı məsləhətlər verilib, motivasiya nitqləri söylənilib.

Qeyd edək, sözügedən görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.

Xəbər lenti
0