Ərəb ölkələrindən turist axını

Xarici ölkə vətəndaşına bir yollayış bu qiymətə satılıb

35
(Yenilənib 13:23 24.10.2017)
Əhaliyə satılan turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub

BAKI, 24 oktyabr — Sputnik. Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Fərdi yaşayış evi
© Sputnik / Ilham Mustafa

Bildirilir ki, bunların 1,1 minini Azərbaycan Respublikası ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edib. Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alınan yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.

"Əhaliyə satılan turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub ki, bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarına satılan yollayışların dəyəri təşkil edib" — Komitənin məlumatında qeyd olunur.

O da vurğulanır ki, əhaliyə satılan bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq 1059,8 manat, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılan bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir yollayışın orta dəyəri isə 812,1 manat olub.

35
Teqlər:
turoperator, Azərbaycan Respublikası, səyahət, qiymət
Əlaqədar
Rusiyalı turist: "Sizin dağlarda istirahət etmək yox, ancaq azmaq olar"
Allahverənov: “Turistlərin sayının artmasında turizm şirkətlərinin rolu var”
Azərbaycana gələn turistlərin sayında artım var - Rəsmi
"Halal turizm" nədir və o, Azərbaycana nə vəd edir?
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

10
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

10
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

1
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

1