Səpnəkəran kəndində İmaməli Əliyevə məxsus həyətyanı sahəsədə 18 il öncə qazılan quyudantermal su çıxmağa başlayıb

Azərbaycanda qeyri-adi hadisə baş verib

17000
(Yenilənib 18:34 23.10.2017)
Göz yaşı kimi duru və buz kimi sərin olan quyudan, gözlənilmədən qaynar su çıxmağa başlayıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Lənkəranın kəndlərindən birində qeyri-adi hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Səpnəkəran kəndində İmaməli Əliyevə məxsus həyətyanı sahədə 18 il öncə qazılan quyudan artıq termal su çıxmağa başlayıb.

İmaməli Əliyevin qardaşı İmamverdi
© Sputnik / Rahim Murad
İmaməli Əliyevin qardaşı İmamverdi

Ev sahibləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışırlar ki, bu hal avqust ayından müşahidə olunmağa başlayıb. Evin xanımı Ceyran Əliyeva deyir ki, bu quyu həyətlərində ən sərin suyu olan quyu olub.

"Avqust ayı idi, səhər tezdən durub nasosu vurduq ki, ağacları və bağımızı sulayaq. Gördük ki, quyudan isti su çıxır. Hətta bir ağacımız suyun istisinin təsirindən quruyub yandı" — Əliyeva bildirib.

Bu quyunun suyu elə sərin idi ki, qonşularımız da gəlib bizdən su aparardılar. İndi isə özümüz içməyə və ya yemək bişirməyə suyu qonşudan gətiririk. Heç heyvan da içə bilmir suyu. Quyumuzun suyunun rəngi də dəyişib" — o, əlavə edir.

Qadının dediyinə görə, quyunun suyu əvvəllər göz yaşı kimi dumduru olub: "İndi ancaq çimməyə, paltar və qab yumağa yarayır. İndi istəyirik, bir mütəxəssis gəlsin, suyun tərkibini yoxlasın ki, bunu içmək olar, ya yox. Təzə quyu da qazdırmaq istəyirik. Amma qorxuruq ki, birdən qazarıq, oradan da elə isti su çıxar".

Ev sahibləri onu da qeyd edirlər ki, çox vaxt quyuda olan su nasosunu işlək saxlayırlar: "Çünki quyuda suyun səviyyəsi artdıqca və az istifadə olunduqca suyun temperaturu qalxır. Bəzən elə olur ki, mühərriki bir az gec vururuq. Su elə isti olur ki, boruya əl vurmaq olmur, adamın əli yanır"

Ev sahibləri bildirirlər ki, bu hal bu ilin avqust ayından başlayıb
© Sputnik / Rahim Murad
Ev sahibləri bildirirlər ki, bu hal bu ilin avqust ayından başlayıb

Hazırda quyudan çıxan suyun temperaturu təxminən 28-35 dərəcədir. Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin Kimya-biologiya kafedrasının kimya müəllimi Sevda Bağırovaya müraciət etdik. Sevda xanım öz növbəsində bildirdi ki, termal suların yaranmasının əsas səbəbi yerin dərinliklərində süxurlarda kimyəvi və biokimyəvi proseslərin baş verməsidir.

"Bu reaksiyalar nəticəsində çoxlu miqdarda istilik ayrılır. Buna görə də, yerin səthinə çıxan bu su kütləsi isti halda çıxır" — mütəxəssis vurğuladı.

S.Bağırova əlavə etdi ki, həmin quyudan çıxan suyun tərkibini və ərazinin öyrənilməsi üçün AMEA-nın nəzdində olan Geologiya və Mineralogiya İnstitutunun mütəxəssisləri dəvət olunmalıdır.

17000
Teqlər:
Səpnəkəran kəndi, İmaməli Əliyev, Ceyran Əliyeva, həyət, quyu, Sputnik Azərbaycan, kənd, su, Lənkəran
Əlaqədar
"Cənnətin bir guşəsi" su altında qaldı
Oğuzda insanlar heyvanlarla eyni yerdən su içir...
Su probleminin həlli üçün daha 4 milyon manat ayrıldı
İçməli su probleminin həllində mühüm addım
Soyuq su içməyin 5 ziyanı
Su quyusundan meyit çıxdı
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

9
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

9
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

4
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

4
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

0
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

0