CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşayış massivində bomba: Yasamal sakinləri təşvişdə

© Sputnik / Sergey Averin / Mediabanka keçidСапер с миноискателем, фото из архива
Сапер с миноискателем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda ″Röyal Park″ yaşayış massivində minaatan mərmisi tapılıb

BAKI, 22 oktyabr — Sputnik. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 21-də Bakı şəhərində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Yasamal rayonu ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

© Photo : ANAMAYasamal rayonunda yerləşən yaşayış massivində minaatan mərmisi aşkar edilib
Yasamal rayonunda yerləşən yaşayış massivində minaatan mərmisi aşkar edilib - Sputnik Azərbaycan
Yasamal rayonunda yerləşən yaşayış massivində minaatan mərmisi aşkar edilib

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə “Röyal Park” yaşayış massivinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

Xəbər lenti
0