Azərbaycan Respublikası Milli Məclisinin binası

Milli Məclis bu məsələləri gündəlikdən çıxardı

91
(Yenilənib 17:49 20.10.2017)
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsinin hazırlanması gecikib

BAKI, 20 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasının gündəliyindən 3 məsələ çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, spiker bildirib ki, Mülki Prosessual Məcəlləsinin, İnzibati Prosessual Məcəlləsinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunların hazırlanmasında ləngimələr olduğuna görə iclasın gündəliyindən çıxarılıb.

Oqtay Əsədov deyib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb: "Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək".

91
Əlaqədar
Milli Məclis təsdiq etdi
Milli Məсlisdə kredit problemi: "Bu məsələni birdəfəlik həll etmək lazımdır"
Milli Məclisin payız sessiyası başlayıb
Bakıda Milli Şuranın mitinqi keçirilib