Kommunal ödəniş

Əhaliyə qarşı fırıldaq: Əslində, tələb olunan ödəniş dövlət rüsumu deyilmiş

20101
(Yenilənib 16:37 20.10.2017)
Mənzilinə sayğac quraşdırmaq istəyən vətəndaşlar diqqətli olsunlar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Ölkə əhalisinin sayının artması mənzillərə olan tələbatı da artırır. Bu səbəbdən, hər il paytaxt və regionlarda yüzlərlə yeni ev tikilir. Yeni tikilən evlərdə yaşamaq üçün isə, təmirlə yanaşı işıq, qaz və suyun da olması mütləqdir.

Amma vacib olmasına baxmayaraq, yeni yaşayış binalarına və fərdi evlərə qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması müşkül məsələyə çevrilib. Sabunçu rayon, Zabrat qəsəbə sakini Naibə Quliyevanın Sputnik Azərbaycan-ın redaksiyasına ünvanladığı şikayət məktubu da bununla bağlıdır.

O bildirib ki, evinə qaz sayğacı qoydurmaq istəyir, "Azəriqaz" işçiləri isə ondan 200 manat pul istəyiblər. Şirkət əməkdaşları bu vəsaitin sayğacın dövlət rüsumu olduğunu bildiriblər. Bundan əlavə, Naibə Quliyeva 160 manat da xidmət haqqı ödəməlidir ki, "Azəriqaz"-ın işçilər gəlib sayğacı quraşdırsınlar. Şikayətçi, bir sayğacın quraşdırılması üçün 360 manat tələb olunmasının nə dərəcədə qanuni olduğunu soruşur.

"Azəriqaz"-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Sputnik Azərbaycan-a bildirib ki, vətəndaş "Asan Xidmət" mərkəzlərinə və ya "Asan Kommunal" xidmətlərinə müraciət etməlidir: "Paytaxtda iki yerdə – Akademik Həsən Əliyev küçəsində və Dəmir Yolu Vağzalının inzibati binasında yerləşən "Asan Kommunal" mərkəzləri, regionlarda isə "Asan Xidmət" mərkəzləri yerləşir və vətəndaşların belə problemlərini bu idarələrin işçiləri həll edirlər. Vətəndaş bu sahədə ixtisaslaşmış və müqaviləsi olan podratçı şirkət ilə müqavilə bağlayır".

"Qazlaşdırma işləri "Azəriqaz" yox, podratçı şirkət tərəfindən həyata keçirilir. Şirkət işçiləri tərəfindən məkana baxış keçirilir, hansı qaz mənbəyindən istifadə edilərək mənzilə xətt çəkiləcəyi dəqiqləşdirilir. Vətəndaş şərtlərlə və şirkətin tələb etdiyi vəsaitlə razılaşarsa, şirkət ilə vətəndaş arasında müqavilə imzalanır və qazlaşdırma işləri aparılır" – deyə qurum rəsmisi qeyd edib.

İ. Kərbəlayev əlavə edib ki, fərdi yaşayış evlərində qazdan istifadə üçün "BK-G4T" markalı qaz sayğacları birmənalı olaraq "Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına təmin olunur: "Əminliklə deyə bilərəm ki, vətəndaş sayğac üçün pul ödəməməlidir. Amma podratçı şirkət ilə vətəndaş arasında olan müqaviləyə əsasən, şirkət tərəfindən texniki icra layihəsi metosənədlərinin hazırlanması və qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması üçün müəyyən vəsait ödəyir. Bu məbləğ də, qaz xəttinin çəkilmə məsafəsinə görə dəyişir".

20101
Teqlər:
fərdi yaşayış, əhalisi, sayğac, İbrahim Kərbəlayev, Sputnik Azərbaycan, "ASAN xidmət", "Azəriqaz", vətəndaş, mənzil, qaz
Əlaqədar
"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"
Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır"
"ASAN kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək
Kommunal ödənişlərlə bağlı müdhiş ittiham
Kommunal xidmətlər bahalaşacaq
Bakıda orta məktəbdə dərs prosesi

Müəllimlərin yerinin dəyişdirilməsi ilə bağlı vakant yerlərin siyahısı açıqlanıb

2
(Yenilənib 07:28 31.05.2020)
Azərbaycan və rus bölmələrində növbəti tədris ili üçün iş yerini dəyişdirmək istəyənlər yaranmış imkandan istifadə edə bilərlər.

BAKI, 31 may - Sputnik. 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üçün elan olunmuş vakant yerlərin siyahısı açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə miq.edu.az portalında yerləşdirilib. 

Həmin vakant yerlərin siyahısını təqdim edirik:

Azərbaycan bölməsi üzrə vakant yerlər:

https://miq.edu.az/yerdeyishme/vakansiya-az.pdf

Rus bölməsi üzrə vakant yerlər:

http://miq.edu.az/yerdeyishme/vakansiya-rus.pdf

2
Bakı karantinin yumşaldılmasından sonra

Bu gündən xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

9
(Yenilənib 09:15 31.05.2020)
Bu gündən restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 22:00-dək xidmət göstərəcək.

BAKI, 31 may - Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılıb.

Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. 

Qərargah hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırıb. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

9