Yaşayış binası

Evsizlər üçün bir ümid, o da hələ sual altında

394
"Bank niyə Mərkəzi Bankdan 15 faizlə kredit alıb, vətəndaşa 8 faizlə kredit verməlidir?"

Təranə Xudabaxşıyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Hazırkı iqtisadi çətinlik dövründə Azərbaycan əhalisinin ən böyük problemlərindən biri də mənzil problemidir. Bu problem xüsusilə də gənc ailələrə toxunur. Gənclər mənzil problemini həll etmək, ipoteka ilə mənzil almaq üçün banklara müraciət etmək istəsələr də, şərtlərin ağır olması onların arzusunu gözündə qoyur.

Azərbaycanda statistik ailənin orta aylıq gəliri, eləcə də bir çox digər tələblər ipoteka kreditlərinin şərtlərinə uyğun gəlmir. Bu səbəbdən də, evsiz ailələr səbirsizliklə ipoteka şərtlərinin sadələşəcəyini gözləyir. Bu səbəbdən də, baş nazir Artur Rasi-zadənin imzaladığı yeni qayda evi olmayanları xeyli sevindirdi.

Belə ki, Baş nazir, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə yeni qaydaları təsdiq edib. Prezident həmin fərmanla Nazirlər Kabinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırıb. "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası" yalnız dövlətin payı olan banklara şamil edilir. Bunlar isə iki banka Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Banka şamil edilib.

Sputnik Azərbaycan dəyişikliyin mənzil bazarına necə təsir edəcəyini araşdırıb. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda İpoteka Fondu güzəştli şərtlərlə vətəndaşların mənzil alması üçün banklar vasitəsi ilə kredit verir: "Eyni zamanda, banklar da fərdi şəkildə ipoteka krediti verir. Amma bankların öz hesablarından verdikləri ipoteka kreditlərinin faizi daha yüksək olur".

"Yeni qanun, nəzarəti və 50 faizdən çox səhmləri dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Banka və Azər Türk Banka aid edilir. Bu iki bank əhaliyə İpoteka Fondu xətti ilə verilən şərtlərə və qaydalara uyğun olaraq 4 və 8 faiz ilə ipoteka krediti verə bilər" — mütəxəssis bildirib.

Ekspert əlavə edib ki, yeni şərtləri əhali üçün o qədər də şad xəbər saymaq olmaz: "İpoteka kreditlərinin həcmi qismən arta bilər. Amma bu, bankların öz hesablarına kredit verməyə maraqlı olacağından asılıdır. Belə sual yaranır: Banklar öz hesablarına kredit verəcək? Nəzərə alaq ki, banklar özləri Mərkəzi Bankdan krediti 15 faizlə alır. O bank niyə Mərkəzi Bankdan 15 faizlə kredit alıb, vətəndaşa 8 faizlə kredit verməlidir?"

"Əgər belə kreditlər verilərsə, yalnız bank rəhbərliyinə yaxın şəxslərə veriləcək, ya da "şapka" olacaq. Bir sözlə, ciddi dəyişiklik olacağına inanmıram" – deyə Ə. Həsənov əlavə edib.

"Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə deyib ki, yeni qaydalar müəyyən mənada ipotekaya marağı artıracaq: "Həmin bankların ipoteka krediti verməsi müşahidə şurasının ipoteka prosesinə marağından asılı olacaq. Bu gün banklar aşağı faizli kreditlər verməkdə maraqlı deyil. Xüsusilə, bu kredit uzunmüddətli olarsa".

"Ona görə də düşünmürəm ki, banklar öz hesablarına ipoteka verməkdə maraqlı olsun. Amma nəzərə almalıyıq ki, bu iki bankda dövlətin payı var. Bu səbəbdən də, nəsə dəyişə bilər" — Osmanlı bildirib.

Onun fikrincə, əmlak bazarında ancaq o halda dəyişiklər ola bilər ki, bütövlükdə ipoteka ilə alınan mənzillərin sayı əmlak bazarının 25 faizini təşkil etsin: "Amma hələlik, bu, mümkün deyil".

Məsələ ilə bağlı "Azər Türk Bank"ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Sputnik Azərbaycan-a bildirib ki, bankın adiyyatı şöbəsi bu istiqamətdə araşdırma ilə məşğuldur: "Yeni qərara uyğun olaraq işlər aparılır. Yaxın gələcəkdə nəticələrlə bağlı məlumat vermək mümkün olacaq. Bu məsələ bir qədər vaxt aparan prosesdir. Daxili təhlillər apardıqdan sonra bank qərar verə bilər".

Qeyd edək ki, bu mövzu ilə bağlı Beynəlxalq Banka göndərdiyimiz sorğu cavabsız qalıb.

394
Teqlər:
Azər Türk Bank, Rauf Ağayev, Sputnik Azərbaycan, Ramil Osmanlı, Əkrəm Həsənov, əhali, mənzil, Azərbaycan Beynəlxalq Bankı, ekspert, ipoteka krediti, Azərbaycan, bank
Əlaqədar
"İlkin ödənişsiz ipoteka krediti verilməsi mümkün olacaq"
Güzəştli ipotekanın həcminin artırılması nə vəd edir?
İpoteka gözləyənlərə müjdə - Prezident fərmanı
İpoteka kreditlərinin dayandırılmasına aydınlıq gətirildi
Gənclər hansı şərtlərlə ipoteka əldə edə bilərlər?
Prezident ipoteka ilə bağlı gözlənilən fərmanı verdi
Кинолента, фото из архива

Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

41
(Yenilənib 13:38 30.09.2020)
Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib

BAKI, 30 sentyabr — Sputnik. Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı" bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

41
Teqlər:
Mədəniyyət Nazirliyi, Moskva, kinofestival, film, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycanda "Diriliş Ərtoğrul"un yayımına başlanılır
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib
Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq
Təhsil Nazirliyi

Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı

25
(Yenilənib 10:15 30.09.2020)
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq

BAKI, 30 sentyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

25

Hikmət Hacıyev: "Ermənistanın iki "Su-25" təyyarəsi dağa çırpılaraq partlayıb"

0
(Yenilənib 14:11 30.09.2020)
Prezidentin köməkçisi: "Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi".

BAKI, 30 sentyabr — Sputnik. "Ermənistan Silahlı Qüvvələrinə məxsus "Su-25" tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki "Su-25" tipli təyyarə havaya qalxıb:

"Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.

Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25" təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik".

0