Cəngəllik, arxiv şəkli

Azərbaycanda "bəbir adam" cəngəllik gizlinləri

1631
(Yenilənib 11:09 19.10.2017)
"Onlar Cənubi Afrikadan bizim Talış dağlarında yaşayan bəbiri çəkməyə gəlmişdilər"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. İnsan inkişaf etdikcə, təbiət məhv olur. Sənaye insanların rifahını yaxşılaşdırsa da, vəhşi təbiəti məhv edir. Elə bu səbəbdən də, vaxtilə insanla bərabər təbiətin hakimi olan bəzi heyvanlar artıq yox olmaq təhlükəsi ilə üz-üzədir.

Heyvanların bəziləri məskunlaşma yerlərinin insanlar tərəfindən ələ keçirilməsi səbəbindən məhv olursa, digərləri dişinə, buynuzuna, bahalı dərisinə görə öldürülür. Dərisinə görə öldürülən heyvanlardan biri də bəbirdir. Çeviklik və zəriflik təcəssümü sayılan bəbir meşələrdə və hündür dağlıq ərazilərdə yaşayır.

Bəbirlərin bir neçə növü məlumdur. Bu növlərin arasında ən irisi və nadiri olan Ön Asiya bəbiridir. Azərbaycan bəbirləri də bu növə aiddir. Azərbaycan ərazisində bəbirlər Astara və Lənkəran ərazisində, Talış dağlarının sıx meşəlik ərazilərində yaşayırlar. Son məlumatlara görə, Azərbaycanda bəbirin 10-13 fərdi qalıb.

Bir neçə il əvvəl Cənubi Afrika Respublikasında yaşayan fotoqraf və rejissor Adrian Steirn bu bəbirlərin sorağı ilə Hirkan Milli Parkına gəlib. Bəbirlərin yaşadığı yerləri tədqiq etmək və bəbirlərin özlərini çəkmək istəyində olan Steirnə və "National Geographic Wild" telekanalının ölkəmizə gələn çəkiliş heyətinə isə, Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov bələdçilik edib.

Beləcə, Babaxanın köməkliyi ilə "Avropanın son bəbiri" adlı sənədli film ərsəyə gəlib. Bəbirlərə olan sevgisinə və işinin də bəbirlərlə bağlı olmasına görə, Babaxanı "Bəbir adam" da adlandırırlar.

Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov
© Sputnik / Rahim Murad
Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov

55 yaşlı Babaxan Rəhmanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, onda bəbirlərə olan sevgi uşaqlıq vaxtlarından yaranıb: "Mən uşaq olanda, heyvanlarımızı otarmaq üçün rəhmətlik atamla bir yerdə tez-tez dağa gedərdim. Bəbiri də ilk dəfə elə o vaxt görmüşəm. Yanında 2 balası və yanında 3 balası (qeyd edək ki, bəbirin 3 bala verməsi nadir hal sayılır – red.) olan bəbirləri görmüşəm. Onların xəzlərinin gözəl olması məni valeh edib".

"Bəbiri daha yaxından görmək üçün gənc yaşlarımda risk edib yuvasının lap yaxınlığına da getmişəm. Cəhdim də uğurlu olub. Allah bəbiri çox gözəl yaradıb. Allahın yaratdığı varlığı sevməmək də düzgün deyil. Heyvanlara bağlılıq bizdə nəsillikcədir. Yəni, heyvanlara bağlılıq, heyvanları sevmək dədə-babamızdan yadigardır" — müsahibimiz danışır.

Babaxan Rəhmanovun 55 yaşı olmasına baxmayaraq, o, çox qıvraqdır. Sərbəst və heç bir köməkçi vasitə olmadan 15-20 metr hündürlüyü olan ağaclara dırmanır və ağacdan-ağaca tullana bilir. Məhz buna görə də, ona bəzən "Tarzan Babaxan" da deyirlər.

Babaxan Rəhmanov
© Sputnik / Rahim Murad
Babaxan Rəhmanov

Babaxan bildirir ki, ona bu ləqəbi Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Bakı ofisinin müdiri Elşad Əsgərov verib: "2002-ci il idi Elşad müəllim Hirkan Milli Parkına gəldi, mənimlə burda tanış oldu. Bir müddət sonra Elşad müəllim və Rusiyadan olan Viktor Lukarevskiy birlikdə "Hirkan Milli Parkının bəbirləri" layihəsini Azərbaycana gətirdilər. Elşad müəllim mənimlə görüşdü və bizdə qonaq da oldu. Mən onlara ərazidə olan bəbir izlərini göstərib, bəbirlərin yaşadığı ərazilərlə tanış etdim".

Onun sözlərinə görə, 2012-ci ildə Cənubi Afrika Respublikasından olan fotoqraf və rejissor Adrian Steirn və CAR-dan olan Corc Nkuna bəbirlərin yerlərini tapmaq və onları çəkmək üçün Hirkan Milli Parkına gəliblər: "Onlarla bərabər Sayano-Şuşensk Qoruğunun elmi işçisi Viktor Lukarevskiy də gəlmişdi. Ərazidə bəbirləri lentə almaq üçün ekspedisiya qrupu yaratdılar. Təbii ki, onlara bələdçiliyi mən etdim. Məni Adrian Steirnlə Corc Nkunaya Ümumdünya Vəhşi Təbiət Fondunun Bakı ofisinin müdiri Elşad Əsgərov məsləhət bildi. Dəqiq yadımdadır: 2012-ci ilin avqust ayında gəlib mənimlə tanış oldular, mövzu ətrafında müzakirə apardıq, sonra getdilər. Elə həmin ilin noyabr ayında yenidən gəldilər və hətta oğlumun toyunda da iştirak etdilər. Sonra isə bəbirləri lentə almaq, tələ-kameraları qoşmaq üçün yüksək dağlıq ərazilərə qalxdıq".

"Biz bəbirlərin izi ilə gedirdik. Daha doğrusu, bəbirlərin daha çox iz buraxdıqları ərazilərdə və xüsusən də bəbirlərin ən çox dolaşdığı mağara ətrafında kameralar quraşdırdıq. Amma bütün cəhdlərimizə baxmayaraq, kameralar heç bir bəbiri çəkə bilməmişdi. Biz kameraları yenidən quraşdırdıq və onlar geri qayıtdı" — "Bəbir adam" bildirir.

Əlavə edir ki, 2013-cü ilin mart ayında Adrian Steirn və onu müşayiət edən çəkiliş qrupu helikopter vasitəsi ilə yenidən Şindanqala adlanan əraziyə gəlib: "Biz Adrianla ərazidə quraşdırdığımız tələ-kameraları götürüb, bizim evə qayıtdıq. Kameraların bəzilərinin batareyası bitmişdi, bəzilərini şaxta korlamışdı, biri isə aşmışdı. Kameralarda görüntünün olmadığını görən Adrian məyus idi. Amma mən aşmış kameraya əmin idim. Hiss edirdim ki, onu bəbir aşırıb və onun görüntüsü düşüb. Mən düşündüyün kimi də oldu. O kameranı bəbir aşırmışdı və görüntüsü də var idi. Adrian o görüntünü görüb çox sevindi. Bu hal həmin sənədli filmdə də var".

Babaxan Rəhmanov WWF-in Bakı ofisinin işçisidir
© Sputnik / Rahim Murad
Babaxan Rəhmanov WWF-in Bakı ofisinin işçisidir

Qeyd edək ki, Babaxan Rəhmanov WWF-in Bakı ofisinin işçisidir və bəbirlərin həyatının monitorinqi işi ilə məşğul olur.

1631
Teqlər:
bələdçi, Babaxan Rəhmanov, bəbir, Astara, təbiət, heyvan, insan
Əlaqədar
Azərbaycanda bu il 5 bəbir balası dünyaya gəlib
Azərbaycanda bəbir balalarının nadir fotoları çəkilib
Astaralı gənc qırmızı kitaba düşən bəbiri öldürüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11