Министерство труда и социальной защиты населения

Nazirlik: Deyilənlər həqiqəti əks etdirmir

33
(Yenilənib 19:43 18.10.2017)
Sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdımağa yönəlib

BAKI, 18 oktyabr — Sputnik. Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

O bildirib ki, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur: "Nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib. Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdımağa yönəlib".

33