CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda onların sayı 30 minə yaxındır

© pixabay / PhotoLizMИнъекция в вену, фото из архива
Инъекция в вену, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir

BAKI, 18 oktyabr — Sputnik. 2017-ci ilin müvafiq dövrü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19601 nəfər keçib. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Məlumata görə, onlardan 1090 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 586 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilmiş və 1563 nəfər ekspertizadan keçirilib. Onlardan 943 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib, mülkü işlə bağlı narkoloji tibbi müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar şəxslərin ümumi sayı 27 nəfərdir, onlardan isə 12 nəfərinin müalicəsi hal-hazırda davam etdirilir.

Həmçinin, 9 ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 939 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 1454 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları"(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub. Onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Xəbər lenti
0