CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə nə qədər milli standart qüvvədədir?

Abunə olmaq
O, bildirib ki, hazırda ölkəmizdə 960-dan çox milli standart qüvvədədir ki, bu standartların 45%-i Avropa və beynəlxalq standartlarına uyğunlaşdırılıb

BAKI, 17 oktyabr — Sputnik. "Azərbaycan Respublikası 2003-cü ildən etibarən İSO-da tamhüquqlu üzv kimi, 2011-ci ildən Avropa Standartlaşdırma Təşkilatında (CEN) Assosiativ Standartlaşdırma Orqanı (ASO) statusunda, 2017-ci ildən isə Tərəfdaş Standartlaşdırma Orqanı (HSO) statusunda təmsil olunur". Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev "Standartlar şəhərləri daha dayanıqlı edir" devizi altında Beynəlxalq Standartlaşdırma Gününə həsr edilmiş tədbirdə məlumat verib.

O, bildirib ki, hazırda ölkəmizdə 960-dan çox milli standart qüvvədədir ki, bu standartların 45%-i Avropa və beynəlxalq standartlarına uyğunlaşdırılıb. Texniki Komitələr haqqında da məlumat verən N.Tağıyev bildirib ki, hazırda iqtisadiyyatın aparıcı sahələri olan qida, neft-qaz məhsulları, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti materialları, nəqliyyat sahələri üzrə 13 milli texniki komitə fəaliyyət göstərir.

Xəbər lenti
0