CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt küçəsinə əcaib yol nişanı qoyulub

© Photo : Facebook / Ərşad HüseynovBakıda quraşdırlmış qyeri-adi yol nişanı
Bakıda quraşdırlmış qyeri-adi yol nişanı - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas: "Bu sadəcə nişanı bura yerləşdirənlərin fantaziyasıdır"

BAKI, 17 oktyabr — Sputnik. Paytaxt küçələrində yol nişanları çatışmır və ya bəzi yerlərdə düzgün yerləşdirilmir. Lakin bu gün aşkar edilmiş yol nişanı şəhər sakinlərini çaşdırıb. Paytaxtın C.Cabbarlı və Z.Əhmədbəyov küçələrində yol nişanları arasında əlil arabasında hərəkəti qadağan edən nişan vurulub.

Hüquqşünas Ərşad Hüseynov facebook səhifəsində məsələyə münasibət bildirərək yazıb ki, belə bir nişan nə qanunda, nə də müvafiq konvensiyada yoxdur: "Bu sadəcə nişanı bura yerləşdirənlərin fantaziyasıdır".

Hüquqşünas hətta bu nişanın nəyi qadağan etdiyini anlamadığını qeyd edib.

Xəbər lenti
0