Bakıda nəqliyyatın hərəkəti

Sabah gücləndirilmiş rejiminə keçiləcək

49
(Yenilənib 14:22 17.10.2017)
Bakı Nəqliyyat Agentliyi bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir

BAKI, 17 oktyabr — Sputnik. Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" — "Atletiko Madrid" oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan-a BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Elektrik qatar
© Sputnik / Murad Orujov

O bildirib ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, eləcə də digər metrostansiyaların ətrafındakı dayanacaqlarda marşrut xətlərinin faəliyyətinə nəzarət, əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin, ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.

Bakı Nəqliyyat Agentliyi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.

49
Teqlər:
"Atletiko Madrid", UEFA Çempionlar Liqası, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, BNA, "Qarabağ", gücləndirilmiş iş rejimi
Əlaqədar
Allahverənov: “İctimai nəqliyyatdakı problemlər ənənəvi xarakter daşıyır”
Bayramov: “Dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir”
Nəqliyyat problemlərinin həlli üçün addımlar atılır
Dəmir yolu nəqliyyatında gediş haqları artırılır
Nəqliyyat sektorunda qiymət artımı
(0:27 / 2.55Mb / просмотров видео: 13)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

17
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Polis əməkdaşı, arxiv şəkli

Diqqət: Polis nəzarəti gücləndirdi

14
(Yenilənib 17:58 29.10.2020)
Vətəndaşlardan xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını qorumaq, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

BAKI, 29 oktyabr — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.

Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenaya fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

14
Müslüm Maqomayev

Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi

0
(Yenilənib 18:45 29.10.2020)
Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.

0