Nəsibbəy Yusifbəyli küçəsində yerləşən evlərin vəziyyəti

Bakıda yeni ev yıxan peyda olub: sakinlərin elementar istəyi nəzərə alınmır

2007
(Yenilənib 14:19 17.10.2017)
Evlərin sökülməsi üçün əraziyə texnika göndərilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Nazirlər Kabinetinin 86 saylı qərarından sonra paytaxtın bir neçə rayonunda söküntü-tikinti prosesləri başlayıb. Qərara görə, siyahıya düşən rayonlarda köhnə, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən tikililər sökülərək yeniləri ilə əvəz edilməlidir. Söküntü işləri zamanı sakinlərlə qarşılıqlı razılığa gəlinməli, onlara müvəqqəti yaşayış üçün kirayə haqqı verilməli, binalar hazır olandan sonra sakinlər həmin binalarda yeni mənzillə təmin olunmalıdırlar.

Amma təəssüflər olsun ki, bir çox ərazilərdə tikinti şirkətləri ilə ərazidə yaşayan sakinlər arasında problemlər başlayır. Bəzən sakinlər tikinti şirkətləri ilə razılaşmır, bəzən isə şirkət nümayəndələri sakinlərin istəklərini belə dinləmək istəmirlər.

  • Viktor Sapunkov
    Viktor Sapunkov
    © Sputnik / Irade JELIL
  • Səlim Musayev
    Səlim Musayev
    © Sputnik / Irade JELIL
  • Pərvanə Hüseynova
    Pərvanə Hüseynova
    © Sputnik / Irade JELIL
  • Xalisə Osmanova
    Xalisə Osmanova
    © Sputnik / Irade JELIL
  • Nəsibbəy Yusifbəyli küçəsi
    Nəsibbəy Yusifbəyli küçəsi
    © Sputnik / Irade JELIL
  • Nəsibbəy Yusifbəyli küçəsinin sakinləri
    Nəsibbəy Yusifbəyli küçəsinin sakinləri
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Viktor Sapunkov

Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi 45, 47, 49, 51, 53, 55, 57 ünvanlarında yaşayan bir qrup sakin Sputnik Azərbaycan-a müraciət edərək, problemlərini işıqlandırmağımızı xahiş ediblər. Sakinlərin sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyəti onları məhkəməyə verərək, evlərindən çıxmağa məcbur edir.

Sputnik Azərbaycan-ın əməkdaşı ərazidə olub və sakinləri dinləyib. Sakinlərin sözlərinə görə, onların problemi iyun ayından başlayıb. Özünü "Qloria Palace" tikinti şirkətinin rəhbəri kimi təqdim edən Hikmət Hüseynov adlı şəxs onlara yaxınlaşaraq, evlərin söküləcəyini bildirib. Hüseynov deyib ki, tikinti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti sərəncam verib və orada olan bütün fərdi evlər sökülərək yerində pilot layihə kimi yeni çoxmərtəbəli bina tikiləcək.

Hüseynov həmçinin, vətəndaşlara kirayə qalmaq üçün 200-300 manat arası pul təklif edib. Sakinlər isə şirkət rəhbərinin sözlərinə inanmayıb və dedikləri ilə razılaşmayıblar. Bundan sonra şirkət və sakinlər arasında mübahisəli vəziyyət yaranıb.

Sonradan Nəsimi Rayon İcra Hakimiyyəti də tərəf olaraq məsələyə qarışıb və 3 ünvanın sakinləri məhkəməyə verilib. Sakinlərin iddiasına görə, bundan sonra şirkət nümayəndələri dəfələrlə əraziyə gəlib və onları hədələyiblər.

Sakin Xalisə Osmanovanın sözlərinə görə, "Qloria Palace" şirkətinin prezidenti Hikmət Hüseynov ona balta ilə hücum çəkib: "Mən sağlam adam idim. Balta ilə cumdu üstümə, dedi ki, "qol çək sənədlərə, evini verəcəksən". Mənə deyir ki, "get kirayə yaşa". Bu hadisədən sonra beynimə qan sızdı, iflic oldum. Mənim kirayə yaşamağa halım var?"

Sakin Viktor Sapunkov isə "Qloria Palace" şirkətini dövlət başçısının göstərişinin əleyhinə getməkdə ittiham etdi: "Prezident də çıxışlarında bildirib ki, sakinlər razı salınmalıdır. Ancaq "Qloria Palace" şirkəti heç kimlə hesablaşmaq istəmir. Sadəcə bizə deyirlər ki, "evinizdən çıxın, gedin kirayə yaşayın, ev hazır olanda gələrsiniz, mənziliniz veriləcək". Nə müqavilə var, nə də başqa bir sənəd. Heç nə vermirlər. Biz onlara inanmırıq".

"Qloria Palace" haqqında bir az araşdırma apardıq. Məlum oldu ki, bu şirkətin rəhbəri Hikmət Hüseynov bu yaxınlarda müflis olan "Bəhrə" şirkətinin ortaqlarından olub və hazırda "Qloria Palace" şirkətinin nizamnamə kapitalı 150 manatdır. Yəni, sabah bu şirkət də bata bilər. Arada olan bizim evlərimizə olacaq" — Sapunkov əlavə edib.

Sakin Mətanət Abdurrəhmanovanın sözlərinə görə, ərazidə iki ev artıq sökülüb: "Burada iki qaçqın ailəsi yaşayırdı. Biri Abbasova Kifayətin, o biri isə Kərimova Ziyafətin evi idi. Onlara aylıq 250 manat verib, evlərindən çıxartdılar. Çıxan kimi də, evlərini uçurtmağa başladılar. Biz çıxmaq istəmirik. Bazar qiymətinə uyğun pulumuzu versinlər, çıxaq".

Şikayətçi sakin Pərvanə Hüseynova da bildirir ki, "Qloria Palace" şirkətinin rəhbərliyi onları zorla evdən çıxartmağa çalışır: "Hər yerdə sakinləri aldadırlar. Əgər bizim evlərimizi istəyirlərsə, bazar qiymətlərinə uyğun pulumuzu versinlər, çıxaq. Yoxsa biz evlərimizdən çıxmayacağıq".

Xocalı qaçqını Səlim Musayev 1992-ci ildən burada yaşayır: "Mənim ən ağır illərim Xocalıda keçib. Ayaqlarımı don vurmuşdu. Orda evimizi ermənilər işğal etdi, burada bu şirkət almaq istəyir. Bizim istədiyimiz odur ki, bazar qiymətlərinə baxsınlar, o qiymətlə bizim evlərimizin dəyərini versinlər. Bundan sonra biz evdən çıxarıq. Bəlkə mən heç iki il yaşamadım? Bəlkə heç şirkət sahibi tikib bitirə bilməyəcək? Niyə uşaqlarımız ortada qalsın?"

Sakinlər məsələ ilə bağlı İqtisad Məhkəməsinə müraciət ediblər.

Sökülən evlər
Karikatura
Sökülən evlər

Qeyd edək ki, bu yazı hazırlanarkən sakinlər yenidən redaksiyamıza zəng edərək, evlərin sökülməsi üçün texnika göndərildiyini bildirdilər. Məsələ ilə Nəsimi Rayon İcra Hakimiyyəti və "Qloria Palace" tikinti şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.

2007
Teqlər:
"Qloria Palace" tikinti şirkəti, Nəsibbəy Yusifbəyli küçəsi, Sputnik Azərbaycan, sakin, tikinti, söküntü, bina, mənzil, Nazirlər Kabineti, şirkət, ev
Əlaqədar
Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
Şəhidin heykəlini sökdülər
Bakıda bayraq dirəyinin sökülməsinin əsl səbəbi açıqlandı
Böyük söküntü dalğası başladı

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

3
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

3
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

1
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

1