Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş

Qadınların sosial-psixoloji problemləri müzakirə edilib

566
(Yenilənib 20:31 12.10.2017)
Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb

BAKI, 12 oktyabr — Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi (QLUB) "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.

"Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda keçirilən görüşdə ölkədəki ümumi sosial-iqtisadi vəziyyət, qadınların sosial-psixoloji problemlərinin əsasını təşkil edən amillər, onların öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər müzakirə olunub.

QLUB sədri Ülkər Abdullayeva layihənin hədəflərindən və mövzu ilə bağlı cəmiyyəti narahat edən məsələlərdən danışıb. Qeyd edib ki, son illərdə neftin qiymətlərinin aşağı düşməsi, milli valyutanın devalvasiyası və qiymət artımı ölkə əhalisinin maddi-iqtisadi, eləcə də sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərib. İş yerlərində baş verən ixtisarlar, gəlirlərin azalması, bu fonda bank borclarını ödəmək imkanlarının məhdudlaşması əhalinin sosial güzəranını qismən ağırlaşdırıb. Nəticədə qadın cinayətkarlığının və intiharların sayı artmağa başlayıb ki, bu da üçüncü sektoru narahat etməyə bilməz.

"Biz qadınları böhranlı vəziyyətdən, depressiyadan və intihar meyllərindən xilas etməyə cəhd göstəririk. Depressiyadan çıxmağın, problemlərdən xilasın ən yaxşı yolunun intihar deyil, əmək, peşələrə yiyələnmə və yardım üçün doğru qapıları döymə olduğunu təlqin etməyə çalışırıq" – deyə Ü.Abdullayeva bildirib.

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş
© Sputnik / Shahperi Abbasova
"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş

O, Saatlıq rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib.

Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb.

Layihə əməkdaşları Saatlı xanımlarının başlıca problemlərinin nədən ibarət olduğunu soruşublar. Həmin problemlərin həlli yollarını izah ediblər və motivasiya nitqləri söyləyiblər.

Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, rəssam Sürəyya Zeynalova müzakirə mövzusu olan problemlərin əsasının əslində 90-cı illərdə Azərbaycan kəndlilərinin torpaqdan qopması ilə qoyulduğunu deyib. O, qeyd edib ki, insanlar bərəkətli Mil-Muğan torpaqlarını qoyub paytaxta üz tutdular. Kənddən qopdular, şəhərdə isə öz həyatlarını qura bilmədilər. Nəticədə həyatda özünü tapa bilməyən insan nəsli formalaşmağa başladı. Zeynalovanın fikrincə, sosial gərginlik, işsizlik, maddi imkansızlıq ailələrdə ardı-arası kəsilməyən qalmaqallara səbəb olur. Əsəbləri gərilən insanlar ya başqasına əl qaldırır, ya da öz həyatlarına qıyırlar.

V.Əsgərov adına 4 saylı məktəbin direktoru Təranə Babayeva isə Saatlı rayonunda iki uşağı ilə birlikdə özünü körpüdən ataraq intihar edən qadının faciəsinin köklərini anladıb: "Ona nə ər evində, nə də ata evində sahib çıxan olmayıb. Gedəcək yeri, yaşama gücü qalmayan qadın düşünüb ki, daha heç kəsə lazım deyil, ona sahib çıxmayanlar, onun övladlarına da sahib çıxmayacaqlar. Beləcə, uşaqlarını da özü ilə o biri dünyaya aparmaq qərarına gəlib". Pedaqoq cəmiyyətin qadına sahib çıxmamasının acı nəticələr doğurduğunu deyib.

Görüşdə digər xanımların da problemin həlli istiqamətində fikir və təklifləri dinlənib. Onlar bu cür maarifləndirici tədbirlərin rayonun bütün kəndlərində keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Qeyd edək, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.

566
Teqlər:
"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi, QLUB, Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi, Təranə Babayeva, Sürəyya Zeynalova, Aynur Zamanova, Ülkər Abdullayeva, Saatlı rayonu, Azərbaycan
Əlaqədar
Bakıda qadınların toqquşması birinin xəstəxanaya düşməsi ilə nəticələnib
Azərbaycanda qadınlarla bağlı üzücü fakt-xəbər
Azərbaycan qadınlarını satan şəxs 10 il polisdən gizləndi
Prezident qadın voleybolçuları qəbul edib
Bu qadın Ginnesin Rekordlar Kitabına düşdü - Səbəb çox maraqlıdır
Auditoriyada tələbə, arxiv şəkli

BDU Pərviz Məhəmmədov ilə bağlı məsələyə aydınlıq gətirdi

3
(Yenilənib 17:45 01.12.2020)
BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb

BAKI, 1 dekabr — Sputnik. 30 noyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. BDU-dan Sputik Azərbayan-a verilən məlumata görə, iclasda yer alan cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib. Komissiya öz qərarında bildiribki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya  məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb. 

Həmçinin iclasda Elmi Şurada BDU-nun elmi işçilərinin növbəti attestasiyadan keçirilmələri üçün mövcud qayda və meyarlar şərh edilmiş və attestasiyanın keçirilməsi barədə qərar qəbul edilib.

3
Təhsil Nazirliyi

Nazirlikdə vətəndaş qəbulu dekabrın 28-dək dayandırıldı

5
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

BAKI, 1 dekabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 28-dək fəaliyyətini dayandırır.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

5
Teqlər:
Təhsil Nazirliyi
Bakıda hərbi parad, arxiv şəkli

Komissiya: Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbərləri əsassızdır

8
Təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

"Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilmişdir.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil etmişdir.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının "www.human.gov.az" rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir".

8
Teqlər:
Azərbaycan Ordusu, beynəlxalq hüquq, BQXK, əsir
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə