Reket jurnalist. Arxiv şəkli

"Reket jurnalistləri bəzi məmurlar bəsləyirlər"

276
(Yenilənib 16:44 11.10.2017)
"Mədət Quliyevin bu sahədə atdığı konkret addımlar əminlik yaradır ki, bu bəlanı birdəfəlik həll etmək olar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. "Azərbaycanda reket jurnalistikanın qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Biz jurnalistlər özümüz həmin adamları ifşa edib cəmiyyətə təqdim etməli, digər tərəfdən, dövlət planlı və ardıcıl tədbirlərlə həmin adamları faş edib onların mediadan sui-istifadəsinin qarşısının almalıdır.

Bunu media eksperti Azər Həsrət Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, həqiqi jurnalistlər uzun illərdir reket jurnalistlərlə bağlı həyəcan təbili çalırlar: "Dəfələrlə dövlət qurumlarına da müraciətlər etmişik. Ayrı-ayrı tədbirlərdə, hətta televiziya efirlərində belə, bu məsələni gündəmə gətirmişik. Təəssüflər olsun ki, dövlətin müvafiq qurumları üzərinə düşəni yetərincə yerinə yetirməyib. Yəni, həmin adamların faş edilib birdəfəlik mediadan uzaqlaşdırılması üçün tədbirlər görülməyib".

Ekspertin fikrincə, reket jurnalistikanın qarşısını almaq üçün kompleks tədbirlər görülməli, yəni jurnalistlər özləri bu məsələnin üzərinə getməlidirlər: "Digər tərəfdən, dövlət qurumları da onlara dəstək olmalıdır. Təəssüflər olsun ki, bir çox dövlət qurumları, xüsusən də aşağı təbəqədən olan məmur heyəti həmin jurnalistlərə dəstək verir, onlarla işbirliyi içərisindədir. Ümumiyyətlə, bu sahənin "çiçəklənməsi"ndə Azərbaycan məmurlarının da böyük rolu var. Biz bu durumun belə davam etməsindən çox narahatıq".

"Azərbaycanda media azadlığı var. Dövlət hər bir vətəndaşın özünü sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradıb. Təəssüflər olsun ki, bu azadlıqlardan sui-istifadə edib şəxsi maraqlarını təmin etmək istəyənlər də çoxalıb. Yəni, bu insanlar mediadan sui-istifadə edirlər, yaxud reket jurnalistika ilə məşğul olurlar. Həmin adamlar sadəcə olaraq ölkədəki ifadə, media azadlığı imkanlarından sui-istifadə etmək istəyənlərdir" — A. Həsrət bildirib.

Media ekspertinin fikrincə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyevin bu sahədə atdığı konkret addımlar əminlik yaradır ki, bu bəlanı birdəfəlik həll etmək olar: "Başqa məmurlar tərəfindən də addımların atılmasına zərurət var. Çünki reket jurnalistləri bir sıra aşağı təbəqədən olan məmurlar bəsləməkdədir, yetişdirməkdədir. Həmin adamlar da artıq əl-ayaqlarını yığışdırmalıdırlar ki, mediadan sui-istifadəyə son qoyulsun".

Media eksperti Zeynal Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, "reket jurnalistika" ifadəsinin lüğətimizə necə gəlib düşdüyü anlaşılmır: "Çünki reketin bir gücü olar, silahı olar və s. Jurnalistika ancaq söz, görüntü, səs ilə iş görülən bir sahədir. Reketçiliyi birdən-birə jurnalistikaya tərəf çevirmək, bəzilərinin sanki diqqəti özündən yayındırması üçündür. Bu məsələyə prinsipcə belə baxıram".

Onun sözlərinə görə, reket jurnalistikanın birdən-birə dəbə düşməsi sual yaradır: "Reket mediasını inkişaf etdirən bəzi məmurların özləridir. Yoxsa, reket jurnalistika nədir? Bir anın içərisində reket jurnalistikasının qarşısını almaq olar".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda son 5-6 il ərzində reket jurnalistika ilə məşğul olan insanların sayı çoxalıb. "Reket jurnalistika ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir. Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə onların qarşısı alınır" – deyə o bildirib.

276
Teqlər:
Zeynal Məmmədli, Mədət Quliyev, DTX, Dövlət Təhlükəsizliyi Xidməti, ekspert, media, Azər Həsrət, Sputnik Azərbaycan, jurnalist, reket jurnalistika, Azərbaycan
Əlaqədar
Ağabəy Əsgərov: “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur
İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
Rəşad Məcid: Azərbaycanda reket mətbuatı dəstəkləyən məmurlar var
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

9
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

9
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

18
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

18
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
ABŞ dollarları, arxiv şəkli

Cinsi istismar qurbanlara dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

0
(Yenilənib 17:06 29.11.2020)
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

0
Teqlər:
ABŞ, Hollivud, maaş, fond, pul, qurbanlar, cinsi istismar