Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət

Bakıda "təcili yardım" çağırışı: amma ortada elə bir düyün var ki...

896
(Yenilənib 16:21 11.10.2017)
Vətəndaşlar haqlıdırlar, rəsmilər də, onlar isə göz görə-görə məhv olur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 38-də yaşayan bir qrup sakin Sputnik Azərbaycan-a məktubla müraciət edib. Müraciətdə bildirilir ki, binanın həyətində olan yaşıllıq quruyur, sakinlər bir müddət öz hesablarına həyəti suvarsalar da, artıq buna vaxt və vəsait tapa bilmirlər.

Məsələ ilə bağlı Qara Qarayev prospekti 38 ünvanında olaraq, sakinlərin fikirlərini dinlədik. Maraqlıdır ki, bizi dəvət edən sakinlərdən heç biri adının çəkilməsini istəmədi. Üstəgəl, onlar şikayət deyil, sadəcə məsələnin həll edilməsi üçün müraciət etdiklərini dedilər. Amma söhbət əsnasında hər şey şikayətə kökləndi.

Sakinlərdən biri bildirdi ki, bir çox qurumlara məsələ ilə bağlı müraciət ediblər: "Həyətimizdəki ağaclar susuzluqdan quruyub məhv olur. Bizim binanın həyətində 20-dən çox ağac əkilib və əkilən zaman sakinlərə heç bir dövlət qurumu kömək etməyib. Bu gün isə həmin ağaclar susuzluqdan quruyur. Lakin bu məsələ nə "Azərsu", nə Yaşıllaşma İdarəsi, nə də yerli icra qurumlarını maraqlandırır".

Onun sözlərinə görə, əvvəllər imkanları olub, suvara biliblər: "Hamımız iş adamıyıq. İndi heç birimizin vaxtı yoxdur ki, evlərdən vedrə-vedrə su daşıyıb həyəti sulayaq. Həyətdə əlavə su xətti var idi, bağladılar. Hətta həyətə suyun çəkilməsi üçün də müraciət etmişik. Bildirmişik ki, sayğac qoyulsun, istifadə edilən suyun pulunu da biz sakinlər ödəyəcəyik. Ancaq heç kim bizim səsimizə səs vermir".

"Artıq 2 çinar ağacı quruyub, belə davam etsə, həyətdəki bütün ağaclar quruyacaq. O ağacları biz özümüz əkmişdik ki, həyət yaşıllıq olsun. İndi gözümüz görə-görə quruyur" — sakin danışır.

Adının çəkilməsinə razılıq verən yeganə sakin Əli Əliyevin sözlərinə görə, o, binanın arxasına öz hesabına su çəkdirib və yaşıllaşdırma işləri aparıb, amma binanın önünə su çəkmək və yaşıllığı bərpa etmək üçün imkan yoxdur.

  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət
    © Sputnik / Irade JELIL
1 / 8
© Sputnik / Irade JELIL
Qara Qarayev prospekti 38-də ünvanındakı vəziyyət

Sakinlərin sözlərinə görə, ərazi üzrə MİS-dən bildirilib ki, ərazinin su ilə təmin edilməsi üçün "Azərsu" ASC-yə müraciət etmək lazımdır: "Deyirlər, yığılın, qərarlaşdırın, müraciət edin. Etmişik. Amma görürüsünüz ki, heç bir nəticə yoxdur. "Azərsu"yun əməkdaşları ağacları sulamaq üçün su xəttini çəkməkdən imtina edirlər. Müvafiq qurumlar məsələni bir-birinin üzərinə atır. Olan isə həyətdəki yaşıllığa olur".

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Vaqif Novruzovla əlaqə saxladıq. O bildirdi ki, qurum həyətlərə, məhəlləarası ərazilərə nəzarət etmir: "İnsan yaşlananda ölür, ağac da yaşlanır, quruyur".

"Həmin ərazilərə biz baxmırıq. Məhəlləarası heç bir əraziyə biz baxmırıq. Magistral yollar, küçələr, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və s. ərazilər bizim nəzarətimizdədir. Həmin yerlərdə problem ola bilməz. Bizim idarənin mövcud dislokasiyası var. Hansı ərazilər ki, bizə aiddir, orada bizim fəhlələrimiz də, suyumuz da var" — V. Novruzov qeyd etdi.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qurum bütün binaların qarşısındakı bulaqları kəsib: "Bununla bağlı bizə çoxsaylı müraciətlər olur və biz də hamısını müsbət cavablandırmışıq. Binaların qarşısında olan bulaqlar nəzarətsiz bulaqlar idi. Gecə-gündüz açıq qalırdı. Maşın yuyan, palaz yuyan… Kim nə istəyirdi, edirdi".

Ağaclar
Karikatura
Ağaclar

O, Biz Qara Qarayev 38 ünvanında da bütün bulaqların kəsildiyini, əvəzində yeni sistemlər qurulduğunu diqqətə çatdırdı: "Ancaq bununla yanaşı, insanlara şans vermişik ki, bizə rəsmi ərizə ilə müraciət etsinlər. Belə olan təqdirdə biz vətəndaşlardan birinin adına rəsmi kod açacağıq, sayğac quraşdıracağıq və sakinlər suyun pulunu ödəməklə, həyətdəki bulaqlardan istifadə edəcəklər".

"Həmin ərazinin sakinləri pul ödəmək istəmədikləri üçün bizə müraciət etməyiblər. Əgər sakinlər bu gün bizə ərizə ilə müraciət edib, əraziyə bulaq qoyulmasını istəsələr, biz onu edəcəyik. Sadəcə, vətəndaşlar pulsuz su almaq üçün hər yerə müraciət edirlər. Pulsuz su isə heç yerdə yoxdur" — Cəbrayıllı vurğuladı.

ASC sözçüsünün dediyinə görə, Bakı şəhərində 9 minə yaxın çoxmənzilli yaşayış binası var: "Hər binanın qarşısında 2-3 sahibsiz bulaq olsa, bu böyük su itkisi deməkdir. Gecə olan kimi kommersiya obyektləri, avtoyuma məntəqələri, camaşırxanalar, çayxanalar həmin o bulaqların çoxundan su götürür. Biz həm də bu tərəfdən itiririk. Bu obyektlərin xüsusi çənləri var. Onlar çənlərini pulsuz su ilə doldurub, az pul ödəyirlər. Buna görə də, biz birmənalı olaraq Bakı şəhərində 5 mindən çox bulaq kəsmişik. Bulaqları ləğv etmişik. Amma yüzlərlə rəsmi müraciət olub və biz rəsmi şəkildə sayğacla həmin bulaqları bərpa edirik".

896
Teqlər:
'Azərsu' ASC, ağac, yaşıllıq, sakin, su, Sputnik Azərbaycan, Nizami rayonu, Qara Qarayev prospekti, qurum, Bakı şəhəri, Anar Cəbrayıllı, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Vaqif Novruzov
Əlaqədar
Yasamalda yaşıllıq məkanı müəmması: Təcili yardım, kafe, çoxmərtəbəli bina...
Bakıda ağacların "soyqırımı": gecə ilə böyük bir yaşıllığı məhv etdilər
"Yaşıl turizmi" necə stimullaşdırmalı?

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10