Bakıda avtobuslar, arxiv şəkli

Paytaxt sərnişinlərinə müjdə

433
(Yenilənib 06:59 10.10.2017)
"Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var"

BAKI, 10 oktyabr — Sputnik. “Aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkar edilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
© Official website of President of Azerbaijan Republic

Onun sözlərinə görə, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib və bu istiqamətdə işlər davam etdirilir. “Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyən olunub. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində, daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən artıq avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var” — deyə Kərimli vurğulayıb.

Baş direktor əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: “Sizin təşəbbüsünüzlə Bakı şəhəri İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” MMC-yə məxsus 300 ədəd avtobusda, digər daşıyıcılara məxsus 150 ədəd avtobusda ümumilikdə 450 avtobusda, bununla yanaşı, Hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqının ödənilməsi vahid kartla həyata keçirilir”.

433
Teqlər:
Bakı şəhəri İcra Hakimiyyəti, "BakuBus"MMC, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan prezidenti İlham Əliyev, Vüsal Kərimli, Bakı şəhəri
Əlaqədar
Dövlət başçısı xəbərdarlıq etdi: "Buna yol vermək olmaz"
Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı
Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var
Azərbaycanda yeni yol istifadəyə verildi
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

2
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

2
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

9
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

9
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu